Məntiq sualına kömək lazımdır

Salam.Belə bir suala rast gəlmişəm, bəlkə, mənə kömək edə bilərsiz.. Deməli, üç nəfər hərəyə 10 manat qoyaraq, 30 manatlıq bir şey alır.Sonradan satıcı baha satdığını sezir və bir uşağa 5 manat verərək, artıq uzaqlaşmış üç nəfərə çatdırmasını istəyir.Həmin 3 nəfər də, 5 manatdan 2'sini təşəkkür olaraq uşağa verir.Qalmış 3 manatdan hərəyə 1 manat qayıdarsa, onlar 10 yox, 9 manat xərcləmiş olurlar.3×9=27,+2 manat da uşağa, elədi 29.Bəs bir manat hara getdi? Qabaqcadan təşəkkürlər.Məncə,problem 9 manatdadır.Çünki,25:3=8 (3) edir.Amma 10'dan 1 qayıdırsa, 9 xərcləmədiklərini əsaslandırmaq da çətindir...

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Əli (2015-09-04 14:11:26)
çox sağ olun.minnətdaram!

Software Developer (2015-09-04 12:26:36)
Salam. Qısa izah: sual - 27 azn xərcləndisə 2 azn uşağa verildisə qalan 1 azn hardadır bəs? cavab - 2 azn elə 27-nin içindədir də. ona görə də 27+2 olması yanlışdır. 25+2=27 edir. Təzədən onun üstünə 2 gəlmək uydurmadır. 30 xərc çəkmişdilər. sonra 5i geri qayıtdı və 25 xərc çəkmiş oldular. 2 azn də hədiyyə edib 27 azn xərc çəkmiş oldular. Bu riyazi aldatmaca tipli məsələdir. Və "paradoks" da yanlış riyazi əməldən sonra yaranır. Dəqiq ardıcıllıq isə belədir. 30 azn xərcləndi. 5-i geri qayıtdı deməli 30-5=25 azn xərcləndi. 2-si hədiyyə edildi. 25+2=27 azn xərcləndi. Sonra da 3 yerə bölündü. Hərəyə 9 azn. Deməli heç bir itki və qəribəlik yoxdur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Dərsləri öyrənməkdə çətinlik çəkmək

cavab 74 olur yoxsa 54?

Bir misala(riyaziyyat & məntiq) kömək lazımdır

Qrup seçimi

8-ci sinif saytlar

Rıyaziyyat sualı