Əlinizdə pul olsaydı nə iş görərdiniz?

Salam! Əlinizde pul olsaydı nə iş görerdiz zehmey olmasa deyin Meslehet edin Amma internete aid olmasın

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

E. Hacı (2015-09-10 16:57:09)
uwaq, wey - Bizim dildə belə sözlər varmı? Deyəsən yox. Birinci bunları düzəltmək lazımdır, sonrası yaxşı olar. :) w - ui kimi oxunur, uuiaq, uiey sözləri yanlışdır. Heç olmasa usaq, sey və.s. yazın. Yaxud ushaq, shey və.s.

ayka234 (2015-09-10 16:27:29)
eger elimde kulli miqdarda pul olsaydi imkansiz ailelere komek ederdim oxumaq isteyen lakin maddi imkani olmayan uwaqlari oxudardim cunki cox pis weydi bawima gelib

Bextiyar Azeroglu (2015-09-10 15:34:47)
internetə aid olmasın deyirsizsə ən gözəli hörmətli bir restaran-kafe tipli bir yer açmaqdı. (elit təbəqəyə uyğun)

Anar96 (2015-09-10 11:05:39)
Pulum olsaydı ən birinci mütləq ən yaxşı ingilis dili kursuna gedib intensiv şəkildə öyrənərdim. Sonra təkminləşdirmək üçün ABŞ-a gedərdim. Tam mükəmməl bildiydən sonra ən yaxşı İT kurslarına gedib ən lazımlı proqramlaşdırma dillərini və s. ni öyrənib sertifakatlar alardım və master səviyyəsinə qədər irəliləyərdim və əsla əl çəkməzdim bundan. Özümə ən son model PC və Notebook və bir də planşet alardım. Bir də S6 və iphone 6s :) Ən yüksək sürətli internet alardım. Ən lazımlı İT kitablarını tərcümə edərdim öz dilimizə və pulsuz pdf şəklində internetdə yayardım. Deyəsən artıq pul qurtardı :)

ahmed (2015-09-10 08:57:44)
Mən istədiyim işi görmək üçün dəhşətli dərəcədə çoxlu pul lazımdı(başlanğıc üçün hardasa ~ 10E6 $), bir də "Yuxarıdan" icazə. Kompüter Elmi Tədqiqat İnstutu açardım, özəl. Amerikanın və Avropanın ən bərkgedən instutları ilə rəqabət aparadım, xüsusən də hesablama nəzəriyyəsi, süni intellekt sahələrində. Bir də Google -u sıxışdırmaq üçün (Aznetdə) yeni axtarış alqoritmi üzərində çalışardım.

Breathtaking (2015-09-09 09:22:04)
Nə ev alıb kirayəyə verərdim nədə ki, başqa bir şey çünki insan üçün ən dəyərli kapital onun biliyi və savadıdır. Evidə, əmlakın hər bir növünüdə itirmək mümkündür ancaq bilik və savad həmişə səninlədi. Ona görədə xaricdə Top 5-likdə olan universitetlərin hansındasa reklam sahəsi üzrə təhsil alardım, bitirəndən sonra isə elə bu sahə üzrə öz biznesimi qurardım. Ondan sonra evdə, maşında istədiyin hər bir şey asanlıqla sənin olacaq.

Maqa (2015-09-09 02:35:44)
siz tam olaraq nə qədər məbləğ nəzərdə tutursunuz müxtəlif işlər görmək olar misal olaraq 100 000 azn pulum olsa mən şəxsən daşınmaz əmlak bazarına yatıraram və fəaliyyət göstərərək bu sahədə biznes qurardım

Bextiyar Azeroglu (2015-09-08 23:53:49)
baxır pulun miqdarına. obyekt alıb icarəyə verərdim. maşınları ucuz alıb əlbə-əl kreditə verərdim. ev alıb kirayəyə verərdim.

Şükür Hüseynov (2015-09-08 23:42:28)
Salam İT şirkət açardım əgər əyləncəli maraqlı problemli həyatı xoşdamayan biri olsaydım yəni sakitçiliyi sevən bir dənə yer alıb verərdim arendaya ya da pul çoxdusa ev alıb kirayə(İndi kimə baxırsan ev alıb verir kirayə :D )

NONANE (2015-09-08 19:41:13)
Market acardim. Stomatologiya acardim (arenda ucun)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Visa ilə payeere pul köçürmək olarmı?

Yeni kompyuter almaq istəyirəm

Rusiya ilə baqli

Kredit kartı.

webmoney pul transferi

Saytda online ödəniş sistemi necə yerləşdirə bilərəm? (Alıcı kütləsi xarici vətəndaşlardır)