Tələb edilən sayt növü

Salam Azerabycanda ən çox nə tip saytlara ehtiyac var? Mən Program+oyun yükləmə saytı açmaq istəyirəm ama bilmirəm ehtiyac varmı belə birşeyə

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Bextiyar Azeroglu (2015-09-10 15:30:35)
məncə də dərslik saytı yoxdur. photoshop autocad ve s. bu kimi proqramlara aid öz dilimizdə dərslik azdır. (yox səviyəsindədir). məncə bunlara aid sayt və ya video kanal açılsa yaxşı tutar.

Software Developer (2015-09-10 09:28:14)
Aznet-in çox kiçik kontenti var deyə məncə tələb olan tipik saytların demək olar ki hamısı var. İndi sayt yox, servis zamanıdır. Yəni hər hansı xidməti göstərən, əvəzində ödəniş, komissiya alan bir sayt. Müştəriyə xidmət edən. Bu sahədə nə qədər desəz boşluq var. Yoxsa yükləmə, nə bilim ulduz falı, şeir, xəbərlər, videolar, şəkillər və.s. belə kontent saytları Aznet üçün artıq gərəkli deyil, hansılar ki gərəklidir , artıq bir neçə sayt var o mövzularda(qadın, ailə, xəbərlər, sağlamlıq və.s.) və bazar dolub

Şükür Hüseynov (2015-09-09 23:51:12)
Salam əksər yükləmə saytlarında pirat şeylər olur elə o saytlara pirat şeylərə görə girənlərdə var belə saytların əleyhinəyəm yox əgər ancaq pulsuz proqramları paylaşassızsa sayta çox maraq olmaya bilər bəlkədə maraq olar açmamış bilmək olmaz bizdə yaxşı dərslik saytı yoxdu məsələn var e mükəmməli yoxdu mütəxəssislərlə danışıb dərsliklər hazırlatdırmaq olar sonra sayta yerləşdirmək

Azrail704 (2015-09-09 17:27:55)
tam doğru yoldasan məncə. online photoshop və program+oyun saytlarına ehtiyyac var məncə. bu cür saytlar var amma özümüzə aid deyil.