Samsung Galaxy Grand Prime SM-G530H White telefonu haqqında

Salam, sualım Samsung Galaxy Grand Prime SM-G530H telefonu ilə bağlıdır.Bir neçə saytda telefonun xüsusiyyətlərinə baxdım onlardan ikisində android versiyaları fərqli göstərilmişdi və birində 2G, 3G və 4G LTE göstərilmişdi amma digərində 4G dəstəklədiyi qeyd olunmamışdı amma digər xüsusiyyətləri eyni idi. Zəhmət olmasa dəqiq bilənlər yazardınız bu telefonun android versiyasını və 4G dəstəkləyir ya yox? Bu telefonu almaq istəyirəm, ümumiyyətlə məsləhətdir bu telefonu almaq?

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

Galaxy (2015-09-29 15:16:53)
Təşəkkür məlumat üçün.

Twilight.bella (2015-09-26 18:46:21)
Salam.artiq Samsung Galaxy Grand Prime ucun de stock Lollipop versiyasi var.summobile saytindan yuklemek olar amma men memnun qalmadim.Bu versiyadan sonra gunde uc defe zaryatkaya qoydum telefonu ve yeniden Kit Kat a qayitdim

Bextiyar Azeroglu (2015-09-13 11:18:17)
Məncə orda elə bir çətin məsələ yoxdur. Hər telefon deyəndə (yəqinki söhbət samsung-->android ailəsindən gedir) bu model də ora daxildir... Sonu H ilə bitən modellər 3g; F ilə bitənlər 4g; DS lər duas.

Galaxy (2015-09-12 21:19:38)
Sualı bura yazan mən olduğum üçün demək ki mənfi bir verənlərdən biri də mənəm, mən yazdığınız cümləyə baxanda mənfi bir deyildi hətda mənfi üç idi məndən başqa iki nəfər də mənfi vermişdi bu sualdan sonra saytda sual yerləşdirmədiyimə görə yadımda qalıb. Mən konkret sualda qeyd etdiyim telefonla bağlı sual vermişəm, bütün telefonlarla bağlı yox gördüyünüz kimi.

Galaxy (2015-09-12 21:13:28)
Təşəkkürlər cavablarınız üçün, mənə də lazım deyil 4G sadəcə olaraq almaq istədiyim telefon haqqında bilməliyəm, əsas başqa problemləri olmasın telefonun. :)

Bextiyar Azeroglu (2015-09-11 12:30:04)
-1 kim verib menim komentime? Rəyimin sehv olduğunu nəyə əsasən düşünüb verib -1?

Twilight.bella (2015-09-11 07:41:56)
Hal hazirda mende face,whataspp ,retica ve bir nece de elave az yer tutan proqramlar var.hele root edib bezi talk kimi proqramlari silmisem.indi donmur amma pages,groups ,messenger de yuklesem donar.yeni oyun zad ok amma arxa planda calisin cox proqram calismasin.yeni men 'ay bu ne gozel telefondu' demesem de memnunam.bir de mendekinde 4g desteyi yoxdu.hem lazim da deyil.3g kifayet qeder bahadi. :)

Galaxy (2015-09-11 02:31:49)
4G dəstəyi var? və donma olur telefonda tez-tez?

Twilight.bella (2015-09-11 00:42:38)
salam.mende bu telefondandir ve 4.4 du.normaldi ve raziyam

Bextiyar Azeroglu (2015-09-10 17:30:05)
Hər telefon 2versiyada istehsal olur. LTE (4G) və adi versiya. LTE nisbətən baha olur.

Maqa (2015-09-10 15:08:02)
ümumiiyyətlə normal telefondur deyə bilərəm versiyaya gəldikdə android 5.1.1 dir 4g dəstəyi mən bilən yoxdur