kənd nömrəsi haqqında sual

Salam. Mən sumqsyit şəhərində qalıram. Zaqatala nömrəli maşın sürürəm. Ayın 15-nen Bakıya Kənd nömrələrini buraxmayacaqlar. Mənim işimdə Bakıdadı. Sualım oduki mən maşını Bakıda yaşayan birinin adına keçirtsem. Bakı nömrəsi ala bilərəm? Əgər ala bilərəm sə nə qədər xərcim çıxar? Maşın opel astra 2000 il.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Namazov Ismayil (2015-09-15 13:47:34)
Əgər hər bakıya gedəni buraxırdılarsa niyə bu qaydanı çıxartdılarki. Mən həkimə getməliyəm maşını dayanacaqda saxlayıb gedə bilmərəm. Sabah yola çıxacam görək nolur . Təşəkkürlər

Software Developer (2015-09-15 11:56:45)
Orada mən deyənin əksinə nəsə yazıldığını görmədim. Şəxsən mən bugün Bakıdan kənardan şəhərə rayon nömrəli maşında gəlmişəm. Buraxılmır o demək deyil ki, girmək mümkün deyil və ya girə biləni cəzalandırırlar. Düşünmək, uyğun bir variant tapmaq hər zaman mümkündür.

Namazov Ismayil (2015-09-15 09:03:56)
Salam burdakı xəbərdə siz dediyiniz kimi yazılmayıb. Gecə şəhərə getmək nəyimə lazımdı))

Software Developer (2015-09-13 23:10:57)
1. Kənd yox, rayon nömrəsi. Həm də qeyri Bakı nömrəsi demək daha doğru olar. Çünki Sumqayıt nömrələrinə də aiddir bu yeni qayda. 2. Rüsum 60 azn-dir təxminən. Əlavə olaraq da texniki baxış və sığorta da olmalıdır əgər bitibsə və ya az qalıbsa. 3. Bir az səbr edin, problem olmayacaq girib çıxmaq Bakıya. 15-dən sonra görəcəksiz vəziyyəti. Həm də yalnız gündüz icazə yoxdur, axşam və səhər olar. Gündüz də girmək olacaq, tam qadağan etmək mümkün deyil.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Sürücülük vəsiqəsi

From.ae qeydiyyat məhsul sifariş

med texnikum haqqinda

Ebay vergi

Aliexpress.com da refund

1ci qrupda hansi fenler var??