Asan imza yoxsa e-imza?

Asan imza daha yaxşıdır yoxsa e-imza? Bir şeyi başa düşmürəm ki, e-imza daha yaxşı deyilsə niyə kimsə e-imzanı seçərək 36manat sertfikasiya+15 manat kart oxucusuna verir?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Software Developer (2015-09-23 15:50:38)
Mən kampaniya çərçivəsində pulsuz e-imza alsam da 10 aydır ki gedib götürməmişəm, çünki lazım olmur düzü. Yəni elə kütləvi xarakter almayıb bəlkə də, ona görə. ona görə də sırf mənim nöqteyi nəzərimdən ikisi də eyni şeydir :) reallığa gələndə isə, biri rabitə nazirliyinin, biri də asan xidmətin layihəsidir. e-imza çoxdan var, illərdir üstündə işləyirdilər, elektron hökümət yönündə bir addım kimi. Asan isə asan xidmət yarandı deyə e-imza ilə inteqrasiyadansa özlərinə aid olanı yaradıblar. Ona görə də şərtləri, qiyməti və.s. fərqli olmasını problem kimi görmürəm, normal haldır. Hansı sizə daha çox lazım olan sahələrdə təklif olunursa, onu əldə etmək olar.

Zaur Abbasov (2015-09-23 13:50:44)
Salam, men e-imza almamışam, ona görə təəssüf ki, nə isə deyə bilmərəm. Elə sualı ona görə verdim ki, bilmirəm asan imza olan yerdə e-imzanı almağa dəyərmi. 18AZN ancaq sertfikatın qiymətidir fiziki şəxslər üçün, 13AZN-ə kart oxuyucusu da almaq lazımdır. Siz problemi daha dəqiq təsvir edin bəlkə kimsə bilər və ya onu satan quruma zəng edib soruşa bilərsiniz.

Ebayman (2015-09-22 23:03:53)
Zaur bey,sizin suala cavab vere bilmesem de belke sizin mene komeyiniz deye.Men 18azn verib e.imza almisam basqa hecne etmemisem amma islede bilmirem,sizce problem nededi ?

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Asan İmza Sim Kartı

online vergi hesabatı hakkında

Asan-imza

ASAN imza