Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

marmeladze (2015-09-26 02:56:15)
çox güman ki, autentikasiya sadəcə daxil olunan parolu md5 alqoritmiylə şifrələyib bazadakı parolla tutuşdurmaqdan ibarət deyil. öz giriş səhifənizə və cms-in giriş səhifəsinə məlumatları yazıb təsdiq edin. həmin sorğuya developer tools/firebug kimi brauzer əlavələri ilə baxın. həmin cms-in sorğu url-i, göndərilən məlumatlar vəs. sizinkindən fərqli olacaq. sizin sorğu parametrlərində daxil olunan parol, sizin yazdığınız giriş səhifəsindən yönləndirilən sorğuda, olduğu kimi görünəcək, o birində isə yox. səbəbi burda axtarın - https://en.wikipedia.org/wiki/Digest_access_authentication prinsip sadədi. sizin parolunuz müəyyən bir alqoritmlə istifadəçi tərəfində şifrələnir (encode) - serverdə isə həmin alqoritmin tərsinə tətbiqi ilə deşifr (decode) olunur. sorğu parametrlərinə baxarkən həmin parolu müəyyənləşdirmək (praktiki olaraq) mümkün olmur. və əlbəttə, mümkündürsə yazdığınız kodlar, proqramınızın strukturu haqda daha çox məlumat verəsiz - bu cür ancaq fərziyyə yürütmək olur. məsləhətliysə o olardı ki, həmin cms-in sadəcə loqin/giriş interfeysini (html, css) olaraq dəyişəsiz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

joomla+vbulletin+facebook

WordPress-də login

Wordpess – Login

Instagram loginim giris sehifesinden silinmir

Qeydiyyat/Login formu yığarkən nələrə diqqət etmək lazımdır ?

Saytda facebookla qeydiyyat plugini