Soyad dəyişmək haqqında

Mən bu il 11-də oxuyuram.Yalnız anam var, yəni boşanıblar. Anamla qalıram. Təəssüflər olsunki, soyadım istədiyim deyil. Mən soyadımı dəyişmək istəyirəm və şəxsiyyət vəsiqəsi və passportda yeni soyadım və yalnız anamın adı yazılsın. Hara müraciət edim?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Alishan (2016-01-07 11:55:50)
Soyadımı dəyişməyi bacardım.Kömək edən hər kəsə təşəkkürlər.....

Alishan (2015-10-01 12:52:26)
Çox sagolun təşəkkürlər...Bu haqda ARDİN-ə də müraciət etdim...

Bextiyar Azeroglu (2015-10-01 00:39:59)
natoriat qaydada yəniki---sənətin üzünü çıxarıb natarusda təstid edirlərki bəli əsli ilə düzdür. kseroksun arxasına ştamp vururlar. 1sənətin təstiqi 5azn-dır.

Alishan (2015-09-30 13:42:02)
Çox sagolun təşəkkürlər.Amma notariat nə oldugunu bilmədim...Bir də ki mən 1999 da anadan olmuşam.Bu yaşda etmək mümkündür? Olsa əla olar cox sevinərəm...

Namazov Ismayil (2015-09-29 22:31:31)
Salam. Ərizə yazıb Asan xidmətə yaxınlaşın. Dövlət rüsumunu (10 manat) ödədikdən sorna istədiyiniz ad, Soyad,Ata adını dəyişdirmək olur. Laızm olan sənədlər isə Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə ; Ərizə verən şəxsin doğumu haqqında şəhadətnamə; Şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti; İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti; Ərizə verən şəxsin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili; Dövlət rüsumunun ödənilməsi barədə sənəd.

Alishan (2015-09-29 13:06:32)
Çox saolun təşəkkürlər. Əlbəttə ki mən anamla danışmışam razıdı. Mənim gələcək soyadım Alişanlı olacaq İNŞALLAH.Bütün sosial şəbəkələrdə elə yazmışam.Sadəcə haraya müraciət etməli oldugumu öyrənmək istəyirdim.çox sagolun...

Software Developer (2015-09-29 12:57:20)
Bunun üçün tək siz qərar verə bilməzsiz, hami olan valideyniniz(sizin halda ana) müvafiq quruma müracət etməlidir. Bu linkdə hamsı var: http://www.justice.gov.az/notariat.php?page=0803 Bizim qonşuda illər öncə belə bir oxşar hal var idi. Onlar oğlanın soyadını da dəyişdirib ana soyadı etmişdilər, ata adı qrafasında isə oğlanın babasının adını yazdırmışdılar(yəni anasının atası). Ata qrafasında mütləq kişi adı olmalıdır deyə o qrafa ana qrafası ilə əvəz edilməsi mümkün deyil. Ona görə də onlar babasının adını yazdırmışdılar.