Envato – Pul köçürtmək

Salam. Envato-da satılmış proyektlərdən gələn qazancı necə əldə etmək olar? Ümumilikdə Envato - Paypal, Payoneer, Skrill və SWIT ödəmə sistemləri ilə işləyir. Bunlardan hansı ilə daha aşağı faiz qarşılığında istifadə edə bilərəm? Payoneer-lə köçürtmək istəyirəm, kartı da sifariş vermişəm. Lakin bildiyim qədərilə 60%-ə qədər tutur, ATM-dən çıxardan zaman. Bildiyim qədərilə bu saytın CEO Founder-i də Envato-da satışla məşğuldu =) Köməyinizi gözləyirəm, bugün ödəniş günüdür Envato-da =) Ətraflı məlumat versəniz çox şad olaram. Uğurlar.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

muradhacizade (2015-09-30 15:50:19)
Çox sağolun. Elədirsə mən Payoneer kartımı ləğv edim. Təşəkkürlər.

E. Hacı (2015-09-30 15:20:52)
Skrill ən yaxşı vasitədir Envato və digər dəstəkləyən mənbələr üçün. İkinci alternativ isə Swift bank köçürməsidir. Digərlərini boş verin. Skrill hər köçürmədə təxminən 3$ filan tutur, yəni pis deyil. Swift-də isə ya heç nə tutulmur, ya da 20-30$ tutulur. Bu deyəsən köçürmənin formasından asılıdır. İntermediary bank filan söhbəti var, o nəzərə alınanda heç nə tutulmadan gəlir çatır, nəzərə alınmayanda da çox pis tutur faiz. Odur ki Skrill yaxşıdır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ebayda confirm payment

Alibaba.com-dan alış

Envato Videohive prinsip Aparır, qəbul eləmir fayllarımı

Shutterstock-dan pulu necə çıxarırlar?

Öz kodlarımı harda sata bilərəm?(codecanyon kimi sayt)

Shutterstock pulumu niyə göndərmir?