Cihazlar niye qizir?

Neye görə ister mobil cihazlar istersede komputerler çox isdedende-proqramlarla mesgul olanda veya oyun oynuyanda qizir? Qizmayan cihaz var?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

texnobeginner (2017-01-28 22:13:42)
Cihazın qızanda isə, heç də həmişə həmin cihaza zərər vermir. Bu, həmin cihaza qoyulan tempratur məhdudiyyətini keçəndə olur.

texnobeginner (2017-01-28 22:10:44)
Salam. Əslində, bəli var. Sizə bir az Fizika nəzəriyyəsinə əsaslanaraq cavab verəcəm. Cərəyanı ötürmək üçün istifadə olunan vasitələr 3 yerə ayrılır: 1. Naqillər (Təsiri- istilik, maqnit) 2. İfrat keçiricilər (Təsiri- maqnit) 3. Elektrolitlər (Təsiri- kimyəvi, maqnit, istilik) Buradan da görünür ki, naqillərin istilik və maqnit təsiri var. Bu isə o deməkdir ki, cərəyan keçən naqil qızır. Müasir cihazların əksəriyyəti isə naqillərlə təchiz olunmuşdur. Yuxarı diqqət yetirsək görərik ki, İfrat keçiricilər yalnız maqnit təsiri göstərirlər. Bunların ən böyük üstünlüyü isə, onların uzun müddət iş görmədən öz ətraflarında maqnit sahəsi yaratmalarıdır. Uzun sözün qısası Naqillər əvəzinə İfrat keçiricilər ilə təchiz olunmuş cihazlar heç vaxt qızmırlar. Bunların hətta dövlət səviyəsində istifadəsi mövcuddur.

Şükür Hüseynov (2015-10-06 09:44:10)
Hə yəqin ki

umudceferov (2015-10-06 00:13:29)
Bunun cihaza ziyani olur yeqin?

Şükür Hüseynov (2015-10-05 22:26:29)
Xeyr bütün elektron cihazlar qızır adi naqildən tok keçirin o da qızacaq yəni elektrik keçən şey qızmalıdı bütün elektron cihazlar qızır indi bu 0-1 lə işləyir yəni tok gələndə 1 gəlməyəndə 0 oyuna zada girəndə də daha çox bu əməliyyat icra olunur yəqin ona görə də oyunlara ağır proqramlara girəndə daha çox qızır