1c proqramı

Salamlar cavablar.net əhlinə 🙂
Sualım budur ki bu 1c proqramı çox çətin proqramdı? Mən bu proqramla işləməmişəm ancaq 1-2 videosuna baxmışam kod zad yoxdu adi proqramdı ancaq vakansiyalarda 1c proqramçısına 1000 manat maaş yazılır uzağı əlavə olaraq sql tələb olunur vəssalam nəyə görə 1c proqramçılarına bu qədər çox maaş verilir?


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

(05:59, 06/10/2015 ) #58704

1 nömrəli musahibat proqramıdı. Öyrənməsi çətindi biraz ama öyrəndikdən sonra bir problemi olmur. Bu proqramla yanaşı yüksək riyaziyyat biliyi + Ali təhsil varsa 1000 manat maaş almaq təəcüblü deyil. Musahibatliq çox çətin sahədu streesli gərgin ve s

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(09:14, 06/10/2015 ) #58705

1. 1c bir nömrə deyil xeyr, hətta dünya miqyasında götürəndə heç 100 nömrə də deyil. Yalnız postsovet ölkələrində populyar olan Rusiya proqram təminatıdır. Kiçik müəssisələrin işini yaxşı görür, ucuzdur və ən əsası Rusiya sərhəd ölkədir deyə vaxtında qonşu bazarlara daxil olub və özünə yer tutub.
2. Kodu var niyə yoxdur ki – 1c proqramlaşdırma deyə bir şey var. Verilənlər bazası var. Custom reporting məntiqi var. Hətta API+web servisləri belə var. Mühasibat üzrə ERP sayılır bir sözlə. ERP isə ciddi sahədir.
Ümumiyyətlə kod hissə bəzən gizlənir bəzi proqramlarda, hansılarda ki, əsas olan klient hissədir. Məsələn on mində bir adam bilər ki, Excelin özünün də Visual Basic proqramlaşdırma-kod yazma hissəsi var, əksəriyyət istifadə etmir deyə xəbərləri yoxdur. Elə bilirlər elə açırsan cədvəl yaradırsan, düstur qoyursan cəmləyir, vurur bölür vəssalam. 1c də elə.
3. 1000 manat proqramçı ştatı üçün əsla “bu qədər çox” maaş deyil. Hətta deyərdim, ortadan bir az aşağı maaşdır. (məsələn normal şirkətlərdə java, c# developerlər 1000-2500 alır, düzdür indi bir az vəziyyət pisdir şirkətlərdə, məlum iqtisadi durumla əlaqədar, amma yenə də) Maaş tələb təklilfə əsasən formalaşır. Nə qədər ki, 1c-yə tələb böyükdür, deməli iş də var.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (13 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024