1c proqramı

Salamlar cavablar.net əhlinə :) Sualım budur ki bu 1c proqramı çox çətin proqramdı? Mən bu proqramla işləməmişəm ancaq 1-2 videosuna baxmışam kod zad yoxdu adi proqramdı ancaq vakansiyalarda 1c proqramçısına 1000 manat maaş yazılır uzağı əlavə olaraq sql tələb olunur vəssalam nəyə görə 1c proqramçılarına bu qədər çox maaş verilir?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Software Developer (2015-10-06 09:14:06)
1. 1c bir nömrə deyil xeyr, hətta dünya miqyasında götürəndə heç 100 nömrə də deyil. Yalnız postsovet ölkələrində populyar olan Rusiya proqram təminatıdır. Kiçik müəssisələrin işini yaxşı görür, ucuzdur və ən əsası Rusiya sərhəd ölkədir deyə vaxtında qonşu bazarlara daxil olub və özünə yer tutub. 2. Kodu var niyə yoxdur ki - 1c proqramlaşdırma deyə bir şey var. Verilənlər bazası var. Custom reporting məntiqi var. Hətta API+web servisləri belə var. Mühasibat üzrə ERP sayılır bir sözlə. ERP isə ciddi sahədir. Ümumiyyətlə kod hissə bəzən gizlənir bəzi proqramlarda, hansılarda ki, əsas olan klient hissədir. Məsələn on mində bir adam bilər ki, Excelin özünün də Visual Basic proqramlaşdırma-kod yazma hissəsi var, əksəriyyət istifadə etmir deyə xəbərləri yoxdur. Elə bilirlər elə açırsan cədvəl yaradırsan, düstur qoyursan cəmləyir, vurur bölür vəssalam. 1c də elə. 3. 1000 manat proqramçı ştatı üçün əsla "bu qədər çox" maaş deyil. Hətta deyərdim, ortadan bir az aşağı maaşdır. (məsələn normal şirkətlərdə java, c# developerlər 1000-2500 alır, düzdür indi bir az vəziyyət pisdir şirkətlərdə, məlum iqtisadi durumla əlaqədar, amma yenə də) Maaş tələb təklilfə əsasən formalaşır. Nə qədər ki, 1c-yə tələb böyükdür, deməli iş də var.

Namazov Ismayil (2015-10-06 05:59:27)
1 nömrəli musahibat proqramıdı. Öyrənməsi çətindi biraz ama öyrəndikdən sonra bir problemi olmur. Bu proqramla yanaşı yüksək riyaziyyat biliyi + Ali təhsil varsa 1000 manat maaş almaq təəcüblü deyil. Musahibatliq çox çətin sahədu streesli gərgin ve s

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

1C proqramlaşdırma

1C programı

1c mühasibatlıq proqramını Azərbaycanca kitabı

1C proqramı