Sazzın internet əhatəsi

Sazz işlədənlərin məsləhətinə ehtiyyacım var. Xırdalan, aaaf park ətrafında sazz işlədənlər var mı? Varsa sürət necədir? Sazzla əlaqə saxladım, deyirlər ki 5 gün sınaq müddəti var yoxlayın amma maksimum 200 mb işlədə bilərsiz. Bu 200 mb da yarım saata qurtaran birşeydi, yəni sürəti yoxlayacaq qədər deyil. Bəzi kommentləri oxudum deyirlər ki guya əvvəlki kimi işləmir, 2014də də xırdalanda heç tutmadığıyla bağlı bəzi yazılar oxudum indi düzəlib ya yox bilmirəm. Ayrıca deyirlər ki 1mb sürətdən aşağı düşəndə artırmaq üçün tədbirlər görülür, yəni bunu alsam sonra 1mb sürət versə heç bir tədbir görməyəcəklər yəni. O qiymətə də 1mb sürət dəymir təbii ki

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Nihad Abdullayev (2015-10-08 22:36:44)
Sazz aldım, 3 mb sürət verir bu bölgədə. Tək istifadə edirəm deyə qane edir. Bunu da yazdım ki dursun burda, almaq istəyənlər üçün məlumat olsun.

Breathtaking (2015-10-08 08:59:48)
Mən elə bildim siz artıq istifadə edirsiz və xidmətdən razı qalmamısız.

Software Developer (2015-10-07 16:49:03)
Hə onda alın işlədin, xeyirli olsun.

Nihad Abdullayev (2015-10-07 11:18:17)
Məlumata görə çox sağolun, tək yaşadığımdan sadecə bir kompyuterdən qoşulacam yəni modemə ehtiyac yoxdur sadecə 1 aylıq, bölgəyə internet çəkilənə kimi işlədəcəm 25 manata modemi də pulsuz verirlər deyə məni cəlb etdi

Software Developer (2015-10-07 11:00:19)
Salam. Sınaq və 200MB-a gərək yoxdur, o zonalarda Sazz normal 4-5 meqabit internetə qoşulur və stabildir. Üstəlik də ki, 200MB kifayət qədər böyük trafikdir test üçün. Bir kinoya baxmayacaqsız ki, bir neçə sayt açacaqsız, bir iki video klip filan , vəssalam nəticə məlum oldu. Amma yaxşı olar ki o stasionar modem alasınız, usb modem ancaq bir kompüterdən girməyə bəs edir, paylaşanda çox zəifləyir. Stasionar və elektrikə qoşulu modemə isə rahat 7-8 cihaz(kompüter, planşet, telefon və.s.) qoşulub işlətmək olur

Nihad Abdullayev (2015-10-07 10:16:00)
Varsa işləyəcəyini bilirəm, söhbət necə işləməyindən gedir. Deyirlər ki 1mb də ola bilər sürət, yalnız ondan aşağı düşsə müdaxilə edəcəyik. Yəni bu ərazidə sürət necədir, 1mb dirsə almağa dəyməz. Özləri deyirlər ki simsiz olduğundan ərazidən asılı olaraq 1-10 mb arası ola bilər sürət. Qeyd etdiyim ərazidə işlədən varsa sürət necədir onu öyrənmək istəyirəm sadecə

Breathtaking (2015-10-07 10:06:19)
Sazın əhatə dairəsi var əgər Xırdalan bu əhatə dairəsinə aitdirsə demeli internetdə problemsiz olmalıdır. Yox əgər internet yoxdursa demeli ortada problem var, buna görə kiminsə məsləhətinə ehtiyac qalmır sadəcə Sazz-ın özü ilə əlaqə saxlayıb problemi onlara başa salın, telefonla sizi yola versələr müqavilə kağızını götürüb ofislərinə yaxınlaşın və müqavilədə yazılmış internet sürətiylə təchiz olunmağınızı onlardan tələb edin.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

htc desire 200 usb internet

İnternet ping haqqında

İnternet işləmir

Kompyuterlə bağlı kömək lazımdır

Web service publish etmək

Ev telefonu olmadan internetdən necə istifadə etmək olar?