Xaricdə magistr proqramı

Salam. Mən bu il inşallah Magistraturanı xaricdə oxumaq istəyirəm. Buna görə də məsləhətli bir proqram və yaxud şirkət axtarıram. Yəni mən həmin proqrama və yaxud şirkətə sənədlərimi verim. Əgər qəbul olaramsa həmin şirkət məni xaricə oxumağa göndərsin. Belə bir proqram və ya şirkət tanıyan varmı?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Bextiyar Azeroglu (2015-10-09 23:44:27)
Bəs bilmirsiz burda universiteti bitirib diplomu götürüb istədiyimiz ölkəyə magistr oxumağa getmək olmaz? məsələn İngiltərəyə... Bəzi ölkələrdə qəbul edirlər hamını sadəcə oxuyub bitirmək çətindi. dövlət proqramı ilə getmək biraz çətindi.)

Breathtaking (2015-10-06 10:20:12)
Salam, şirkətlər var ancaq məsləhət deyil çünki onlar sizdən 3000-4000 alıb sadəcə sənədlərinizi formaya salıb universitetə göndərəcəklər, apply üçün ona görədə ən yaxşısı indidən oturub beynəlxalq səviyyədə qəbul edilmiş ielts, toefl kimi imtahanlardan birinə hazırlaşın. İmtahanı verib sertifikatınızı alandan sonra xaricdə oxumaq barədə düşünərsiz. Bu barədə düşünmək sizin üçün hələ çox tezdi. Sertifikatdan sonra almaniyada oxmaq üçün DAAD və ya başqa bir çox təqaüd proqramlarına müraciyət edə bilərsiz. Ancaq nəzərə alın ki, gələn ilin Yanvar-Fevral ayına kimi sertifikat əlinizdə olmalıdır. Çünki əsas təqaüd proqramlarının vaxtı o zaman bitir. (Onuda deyim ki, DAAD təqaüdünün imtahanları mən bilən bu ay olmalıdır) Bunuda gözdən keçirin. Düzdür müddəti başa çatsada president tərəfindən bu il yeni proqramın qəbul olunacağı gözlənilir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Magistr 2 ci Imtahan hakkınnda

Magistraturaya sənəd qəbulu

Bakalavr başqa ixtisas bitirib Magistr başqa ixtisas oxumaq mümkündürmü?

Magistratura haqda ətraflı məlumat saytı

Magistr təhsili haqqında məsləhət

Magistratura haqqında