Affilate layihəni necə qurum

Salam. Affilate marketing planlarım var. Reallaşdırmaq üçün dövlət fonduna müraciət etdim. Layihə tələb olunur. İstəmirəm nəsə səhv olsun. http://imgur.com/p2Ssa82 Biraz konkret yazılıb burda bölmələr. Məsələn sosial iqtisadi səmərəliliyi nə deməkdir bilmirəm. Şəkildəki hər bir bölmədə tam olaraq nə tələb edilir məndən bilən varsa ətraflı yazsın xahiş edirəm. Xüsusiylə də 3cü bölmədə diqqət edin ki Affilate marketing deyəndə sayt açılacaq. Məhsul yox xidmətdir bu. 3cü bölmə necə yazılmalıdır?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Zahir (2015-10-07 21:39:11)
Bildiyim qederi iler Affiliate marketing her hansi sirketin mehsulun satib ondan comission qazanmaq yeni ikinci el kimi satis etmek .bunlara misal : amazon,aliexpress,ebay clcbk ve s -

Ilkin Veliyev (2015-10-07 12:39:12)
Çox təşəkkür edirəm Software Developer

Software Developer (2015-10-07 10:51:20)
1. ümumi məlumat- nə bilirsiz yazın təsvir edin layihənizi. 2. məqsəd nədir, niyə edirsiniz bu layihəni onu yazın. 3. mötərizədə aydın yazıblar ki, xidmət də buna aiddir. burada yazın ki, xidmətdən kim istifadə edəcək və bu onların nəyinə lazımdır niyə bu xidmətdən istifadə edəcəklər, maraqları nə olacaq müştərilərin. Və ən əsası kimlər olacaq müştəyrilər( gənclər, tələbələr, qocalar, xaricdə yaşayanlar, turistlər və.s. nə uyğundursa yazın) 4. sosial iqtisadi səmərəliliyi - yəni bunun kimə nə faydası olacaq? məsələn yaza bilərsiz ki, ölkəmizə filan qədər pul daxil olacaq bunun hesabına. və ya 4-5 nəfəri işlə təmin edəcəm əgər layihə uğurlu alınsa. 5. İş alınsa onu böyütmək daha böyük etmək olarmı olarsa necə. 6. Layihənin böyümə imkanl olarsa ona başqa şəriklərin daha böyük pullar ayıraraq qoşulması mümkündürmü, mümkündürsə onların buna nə marağı olacaq və.s. Çəkinmədən bildiyiniz şeyləri yazın. Riyaziyyat deyil ki, heç bir səhvə yol verilməsin, bəndlərdən çəkinməyin, bildiklərinizi yazın

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Layihə, çertyoj çəkmək üçün proqram axtarıram.

Öz kodlarımı harda sata bilərəm?(codecanyon kimi sayt)

Lahiyə üçün sponsor