Necə Notebook alım?

Salam Əleyküm! Mən tələbəyəm. Kompüter mühəndisliyi oxuyuram. Və mən AutoCad(tutumu 4 ram) və başqa bu kimi güclü proqramlar ilə içşləmək üçün orta qiymətdə, amma zəif olmayan Notebook almaq isrəyirəm. Amma Notebook lar haqda ddemək olarki məlumatım yoxdu.Bilmirəm necə notebook alım. Bu barədə məsləhətə ehtiyacım var. Bilənlərdən yardım etməylərini xahiş edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (17 cavab var)

maxxam (2015-10-11 13:11:36)
yadakı amazondan , ebaydan birini tapın camexdən yada use2baku-ilə gətizdirin

maxxam (2015-10-11 12:56:18)
Autocad-a 2014 4- GB ram bəs edər adətən autocad -da işləyənlər sonra 3ds max - kəçirlər (`lazim` gələndə) Bunlara əsasən seçə biləsiz (əgər 3ds max işləməli olsaz) http://knowledge.autodesk.com/support/3ds-max/troubleshooting/caas/sfdcarticles/sfdcarticles/System-requirements-for-Autodesk-3ds-Max-2015.html Bakıda ucuz notebooklar Bakinity satılır 24 Azadliq prospekti, Bakı 1010(012) 440 07 04

Mehman Elxanoglu (2015-10-11 12:39:32)
GHz (qiqa Hertz) - takt tezliyinin göstəricisidir. Hertz - saniyədə görülən "işin (hesablamaların)" sayı mənasına gəlir. Kompüterlərdə və telefonlarda sürət saniyədə görülən işin sayı ilə ölçülür. Əgər noutbukun videokartı "güclü"dürsə, 1.7 GHz pis göstərici deyil, amma zəifdirsə, hər iki tərəfdən uduzmuş olacaqsınız. Riyaziyyatçıların bir sözü var: "Perimetri eyni olan dördbucaqlılar içərisində sahəsi ən böyük olan dördbucaqlı kvadratdır!" Bu sözü elə-belə demirəm, əgər həqiqətən də içinizdə işini sevən komputer mühəndisliyi varsa, nə demək istədiyimi o saat başa düşəcəksiniz. Qaldı ki, mağazaya... Mən yuxarıda adı çəkdiyim modelləri (eləcə də qiymətlərini) Computex-dən götürmüşəm. Ünvan olaraq səhv etmirəmsə, Xəqani küçəsi ilə Bülbül prospektinin kəsişməsində yerləşir. Ümumiyyətlə, təkcə bir mağazaya baxmağı məsləhət görməzdim, şəhərin digər mağazalarına da baş çəkin və son qərarı yenə də özünüz verin...

Kasib Telebe (2015-10-10 21:29:17)
Qaqa o Ghz nəyi bildirir. 1.7 ghz necədir? neçə olsa yaxşı olar? Bir də qardaşlar mənə elə bir dükan məsləhət görərdizki, ordan mən istədiyim notebooku tapa bilim.

umudceferov (2015-10-10 13:09:28)
Men brendi teriflemirem qardas hec bu brendin reklama ehtiyaci yoxdur.Sadece qardas ucuz ve keyfiyyetli mal axtarir ve ona konkret netice lazimdir.Mende bunu meslehet gorurem.i5 prosessor isdedeni cemi 600 mantdir.

Maqa (2015-10-10 11:46:42)
qaqaş mən imenni demədim ki məhv bu markanı alsın qaldı ki o 300 manat təkcə prosessorun qiymətidir onu sən dediyin prosessorla yığsaq 1000 manatdan baha çıxır

Maqa (2015-10-10 11:42:44)
o notebook yox ən üst səviyyə intel prosessorun göstəricisidir

umudceferov (2015-10-10 11:32:06)
Her bir modelin zeif ve guclu terefleri olur.Hec bir model butun telebatlara cavab vere bilmez.Ustunluklerinin coxluguna ve keyfiyyet gostericisine gore Fujitsu,Lenovo,Acer,Samsung kimi brendler ilk siralarda durur.

Mehman Elxanoglu (2015-10-10 11:16:57)
Bir halda ki, qiyməti 800 AZN-dən baha olmayan model axtarırsınız, o zaman Sizə aşağıdakı 2 modeli məsləhət görə bilərəm: 1) Lenovo Ideapad G510 Metal (20238 i7) (760 AZN) - Intel® Core™ i7, 4700MQ, 2.4 GHz (3.4 GHz Turbo Boost) - ATI , Mobility Radeon HD 8750M (6GB) 2) HP Pavilion 15-n240se (F9U42EA) (784 AZN) - Intel® Core™ i5, 4200U, 1.6 GHz (2.6 GHz Turbo Boost) - nVidia, GeForce® GT 740M (4GB) Mənim fikrimi soruşsanız, mən birincinin üzərində dayanaram. Qeyd edim ki, birincinin prosessoru, ikincinin isə videokartı güclüdür, əgər birincinin prosessoru ikincidə olsaydı, heç şübhəsiz ikincini seçmək olardı, seçim Sizindir.

umudceferov (2015-10-10 09:15:41)
Qardas senin dediyin o 300 manatliq noutbuklarin cox hissesi ucuz materiallardi.Bu gun al biray isdetmemis ustu cartlasin.Bu qardasada 800 manatdan baha olmayan lazimdi.Mence Fujitsu lifebook secmek yaxsidir.Men bu brendi teriflemirem beli gucune qalsa Samsungdada ram cpu en yuksek seviyyededi.Ama uzunomurluluk baximindan Alman istehsali birncidir

Kasib Telebe (2015-10-10 04:29:29)
Qaqa qiyməti neçəyə olar?

Kasib Telebe (2015-10-10 04:23:46)
6600 dediyin notebookun neyinin göstəricisidir?

Kasib Telebe (2015-10-10 04:22:22)
Mənə qiyməti 800 mandan baha olmayanı lazımdı. Cox baha olmasın.

umudceferov (2015-10-09 21:35:51)
Ucuz etin sorbasi olmur qaqas men fujitsu istifadecisi olmusam.Ela maldi gucune ve isdemeyine soz ola bilmez.En esasi satandada elinde qalmir.

Maqa (2015-10-09 21:00:52)
o çox baha çıxır ən son intel i5 6600k Bakıda 300 manatdan i7 6600k isə 500 manatdan bahadır

Maqa (2015-10-09 20:59:27)
marka deyil sistem olaraq intel i5 prosessor və ram 8gb üzərinə çıxmasaz sizə bəs edər

umudceferov (2015-10-09 20:11:06)
Mence Fujitsunu secmeniz yaxsidir.Guclu8 gb ram en son intel core prosessoru ve en esasi sukecirmez korpus.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Notebook haqqinda

Notebook toz təmizlətmək

ikinci əl notebook alan mağazalar

wi-fi sazz notebook probemi

Ebaydan notebook almaq istəyirəm

Amerika’dan Notebook göndərilməsi və şərtləri