10 kq-dan artıq məhsulların Çin-dən sifarişi.

Salam Aleykum. Mən Xaçmazda yaşayıram. Yoldaşlar Çindən(Aliexpress və ya Alibaba.com) Bucaq kəsən mişar sifariş vermək istəyirəm. Kargo ilə hesablaşmaq baha başa gəlir. Kargo hər kq-a görə 11 manat tutur. Hesablasaq ki, çəkisi 20 kilodan yuxarıdır, o zaman kargoya 200 manat ödəməli oluram. 1. İnterneti araşdırdım amma xarici ölkələrdən sifariş edilən bağlamaların qəbulu tarifləri haqqında məlumat tapmadım. 2. Aliexpressdə 150$+Free shipping yazilan və çəkisi 10 kq(və ya artıq)olan bir məhsulu sifariş etsəm bu məhsulu xaçmazda qəbul etmək üçün poçta nə qədər ödəniş etməliyəm? 3.Bilmək istərdim ki, poçta edəcəyim ödəniş Aeraportdan-Xaçmaza qədər olan Poçt xidməti ilə təyin edilir? Bağlamaların qəbulu ilə bağlı tariflər haqqında məlumatı olan varsa lütfən yazsın. HAqqınızı halal edin.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Ebayman (2015-10-13 19:46:13)
Aleykum salam qardas. 1-Alibabadan almaq asan is deyil 2-malin linkini at bura ebaydan o mali ucuza tapmaqa calisacam 3-poctla 20kq qeder getirmek olur ve siz yalniz poctunuza odenis edeceksiniz 2azn

Breathtaking (2015-10-12 10:03:10)
Birbaşa poçtla gətizdirmək ən yaxşısıdır, Camex təzəliklə Çində ofis açdı ordanda yük gətirirlər ancaq Aliexpressle bu alınmayacaq, həm də onlarda qiymətlərdə bahadır.

selef (2015-10-12 00:50:44)
3.40 azn bakıdadı

selef (2015-10-12 00:49:42)
Mən keys sifariş etmişəm çəkisi 17 kq gəlib poçta problemsiz! 20-25 kq mal gəlir - amma 1 problem var poçtu gətirən işçillər dəfələrcə görmüşəm malı yerə vəşi kimi atıblar maşından düşurəndə. çəkisi ağır olanı