Sayt üçün reklam

Salam. Sayt üçün reklam saytları bilən var? Güvənilən, klikə görə ödəniş edən. Ən yaxşıları hansıdır sizcə?

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

vusal729 (2017-01-19 00:48:16)
Köhnə mövzudu amma yazmadan dayana bilmədim, yayimla şirkətinə güvənməyin mənim 270 manatımı vermədilər saxta klikdi nədi bəhanə elədilər amma tam real baxış və kliklər idi

aziz84 (2016-08-20 14:44:58)
Hə elədir. Əvvəl pulumu ala bilmişəm. (400 azn). 3 aya pul yığıldı, şişdi və vermədilər.əvvəl pul ödədilər və mənim etibarımı qazandılar sonrada atdılar mənə.... :) Ona görə yerli reklam şirkətlərinə etibar qalmadı. xarici reklam şirketləri ilə 1 ildən yuxarı əməkdaşlıq edirəm və heç bir problem olmayıb.

E. Hacı (2016-08-13 00:15:56)
Yuxarıda isə yazmısız ki oradan 600 azn almısınız. Necə olur bu bəs?

aziz84 (2016-08-12 13:57:49)
yayimla.az reklam şirkətinə inanmayın. pulunuzu vermiyəcəklər. Mənim yığılmış pulumu ermədilər. .

Dashgin (2015-11-09 05:09:28)
Babək, Google Adsense bizim dilə görə reklam vermir. Lakin alternativ şirkətlər var. Di gəl ki, o şirkətlərdə də konvertasiya problemləri yaşanır. Mən yeni Azərbaycan saytı kəşf eləmşəm. Düzdü sayt elə də yaxşı işləmir ama saytın reklamlarını öz saytımda təzə qoşmağıma baxmıyaraq artıq 0.13 avro hesabıma pul oturub. http://yayimla.az/net/ sayt budu. Partnyorlarıda normaldı. Hər halda az çox gəlir qazana bilərsən. Uğurlar.

Babək Əsgərov (2015-10-12 21:48:07)
Hamiya tesekkurler. Bu linkdede var yaxshi saytlar http://www.meftunmede.com/2015/03/google-adsense-alternatifi-yabanci.html?m=1

aziz84 (2015-10-12 15:10:03)
Mən müxtəlif rekam saytlarından istifadə edirəm... 1) yayimla.az (hər klikə görə 4 qəpik verir.1 il ərzində 600manat pul almışam, son zamanlar reklam saytda az görsenir..) 2)rtbsystem.com (yeni tapmışam. 20 günə 2500 rubl vebmoney-ə köçürmüşə (2 ilə 200 dollar güclə almışam.Onunda 30 dollarını bamk tutur. Azərbaycanda adsense heçnəyə yaramır)

Software Developer (2015-10-12 09:31:59)
faydasızdır, son dəyişikliklərdən bəri olan yeni qaydaya əsasən Azərbaycan dilində olan saytda ancaq heç nəyə yaramayan reklamlar görünür. Bİr günə 10$ gətirən reklam indi eyni trafiklə 0.1-0.2$ gətirə ya gətirməyə. Ona görə də adsense Azərbaycan dilli sayt üçün çox sərfəsizdir. Və təəssüf ki bir dənə də normal alternativi yoxdur.

Bextiyar Azeroglu (2015-10-12 00:15:31)
dil seçimi əlavə edin. saytı rus ya eng. dilinə qoyun. qəbul eləsin. Az dilini yuxarı seçim kimi qoyun.

Babək Əsgərov (2015-10-11 23:55:56)
Saytın dili Azerbaycan dilidi. Adsense reklam vermir.

Bextiyar Azeroglu (2015-10-11 23:26:45)
google.com bundan başqası boş söhbətdi. google adsense yazib axtarin sadece