Youtube blok

Salam. Youtube kanalıma belə bir xəbərdalıq gəlib Amma mən heç bir nalayiq video yükləməmişəm kanala. Kompyuterin ekranından bəzi proqramlarda əməliyyatlar edərək çəkdiyim videonu yükləmişdim halbuki. Bu problemi necə həll edə bilərəm? Apellasiya şikayəti vermişəm amma iki gündür bir cavab yoxdur. Bu nə olan şeydir ümumiyyətlə, axı mən heç bir qeyri-etik, nalayiq məzmun yükləməmişəm.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Emil Sahinoglu (2015-10-15 21:16:31)
gozlemekden basqa bir yol gormurem,yeqinki baxarlar,olmasa 6 aydan sonraya qalacaq cox teessuf.

AZN (2015-10-15 20:43:42)
Emil bəy, eyni kanalda digər videolarım var ki, onlarda həm patch həm crack həm də serial istifadə etmişəm amma heç bir qadağaya düşməmişəm həm də sizin dediyiniz kimi youtube doludur belə videolar ilə. Elə bəhs etdiyim videodakı Remote Desktop Manager proqramına aid yüzlərlə videolar var ki, proqramın pulsuz istifadəsini təblig edir. Youtubedə çoxdan istifadəçi olsam da belə hal ilə birinci dəfədir qarşılaşıram. Bu haqda kömək lazımdır. Necə edə bilərəm ki, belə lazımsız bloklar yeməyim? Ən asası indi blokdan necə çıxa bilərəm? Apelasiya şikayətinə baxmırmı youtube? Artıq neçə gündür ki, şikayət göndərmişəm cavab gəlmir.

Emil Sahinoglu (2015-10-15 19:31:24)
baxdim heqiqetende elede bisey yoxdur.aglima tek gelen - o videoda acari pulla almaq evezine program ucun patch istifade elemeyinizdir,yeniki piratligi teblig etmek nezerinden belke siline biler,hercend ki coxdu yutubda bele videolar.yutubun bu siyaseti coxlarini narahat edir,tek siz deyilsiz,mene de kamal sunalin bir filmini yuklediyime gore strike vermisdiler,gulsah film sirketi yutuba sikayet vermisdi kanalim haqda.

AZN (2015-10-15 17:09:29)
Baxın zəhmət olmasa. Bəhs etdiyim video budur. Bu videoda müəllif huquqlarına zidd nə var ki bəyəm youtube bu cür sərt qərar qəbul edərək hesabımı bağlayıb? http://www.boxca.com/jle0oypg0b5y/5.avi.html

AZN (2015-10-15 16:01:12)
Emil bəy bəli bu cəzanın müddəti və nələrdən ibarət olduğu haqqında paneldə məlumat var. Amma yüklədiyim video sırf mənim özümün kompyuterin ekranından record etdiyim bir videodur və mausun kliklərinin səsindən başqa bir səs də yoxdur videoda. Həm mən videonu yüklədikdən heç 10 dəqiqə keçməmiş bu cəza tətbiq olunmağa başladı. Yəni bu müddət ərzində kiminsə videonu tapıb müəllif hüququna görə şikayət etməsi biraz məntiqsizdir. Heç buna ehtiyyacda yoxdur çünki, video da nə musiqi nə də başqa bir şey yoxdur. Yəni bu kimi videolar birinci dəfə deyil yükləyirəm youtube-a və yüklədiyim digər videolar da kompyuterin ekranından çəkilmiş videolardır ki, heç birində bu problem olmamışdı.

Emil Sahinoglu (2015-10-15 12:47:30)
Salam.anladigim qederile kanaliniz strike alib.bir nov cezadir 6 ay muddetine 15deqiqeden artiq video yukleye bilmezsiz.eger 3 defe tekrar olunsa baglanir kanal.qeyri etik videolardan elave eger yuklediyiniz videoda muellif huquqlari pozulursa bu haldada ceza verilir.cox gumanki hansisa musiqi ve s.istifade elemisiz videoda onun muellifleri yutuba sikayet verib sizin kanaldan.umumiyyetle ola bilsin videonuzda basqa muelliflerin mehsulundan istifade elemisiz,olar da sikayet veribler,yutuba gore ise videoda istifade olunan her sey shexsen size aid olmalidir,hetta musiqiye qeder ozunuz bestelemelisiz veya yutubun oz bazasinda bu meqsed ucun nezerde tutulmus hazir mp3 bazasindan istifade elemelisiz.butun mesele budur.