Php, MySQL,CSS,HTML,Jquery,Ajax əla səviyyədə bilirəm lakin?

Salam hər kəsə, forumda yeniyəm. Bəzi səhvliklər olsa üzrlü sayın. Mən 2007 dən bəri web programlama ilə dərindən maraqlanmış və biliyə sahiblənmişəm lakin hazırda rayonda yaşadığım üçün iş tapmaqda çətinlik çəkirəm. Bakıya getsəm məni sayan olacaq? ali təhsilim yoxdur. Kömək edən olsa minnətdar olaram. 3 il hərbidə 1 il mühafizə polisində işləmişəm.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Elvin111 (2017-11-11 20:25:44)
Ən yaxşısı freelancer saytlar axtarmaqdı. freelance.com və sair kimi saytlardan qazana bilərsən. Öz saytıvı qurub ucuz qiymətə sayt düzəldib satada bilərsən. mən html css hardasa 90% bilirəm arada internetdən qazancım azda olsa olur. Əgər sən dediylərividə bilsəydim evdən çölə çıxmazdım iş barəsində. themeforest.net (saytda html şablon script və sair kimi şeylər satmaq olur qazancda saytnan yarıya bölünür məsləhət görürəm buranı)

SILENT_HILL (2015-10-19 19:23:04)
Yox nəsə elə rejimdə işləməyi sevmirəm. Anlarsınız beyin işidir bunlar. :) Mən bir şansımı sınamaq istəyirəm bəlkə nəsə alındıra bildim. Yenə də minnətdaram hamınıza ;)

SILENT_HILL (2015-10-19 19:12:02)
Salam, doğru dediniz. Buna səbəb kimi imkan və şəraitin olmamasını göstərmək olar. Bir yandan da həvəsləndirən dost tanış yoxdur..

SILENT_HILL (2015-10-19 19:09:20)
Ahmed, cavab üçün təşəkkürlər. Elə şəxsi saytım var. Hətta mobil sayt sahibləri üçün pulsuz php xəbər CMS də hazırlayıram. Nümunə: Sosial paylaşım saytım: http://qorxu.biz NewsCMS (mobil): http://qorxu.biz/news

Software Developer (2015-10-19 12:56:28)
Bu qədər təcrübəniz varsa indiyə gərək əlinizdə ciddi portfolio olaydı. Məhsullar, saytlar, pulsuz vəsaitlər və.s. nə istəsəz ondan. Heç nə yoxdursa, artıq o təcrübəyə hər kəs şübhə edəcək. Hərbi və hüquq-mühafizə sahəsində stajınız varsa elə bəlkə CV_ni ora göndərəsiz? Onların də hər birinin özündə İT bölmə olur onsuz da.

ahmed (2015-10-19 12:48:23)
Mənə elə gəlir şəxsi veb saytınızı yaradıb bir neçə nümunə veb sayt əlavə etsəniz işə götürənlər üçün daha cəlbedici olar və belədə sizin bacarıqlarınızı da qiymətləndirmək rahat olar. Elan yerləşdirsəniz birbaşa müştərilərdən də müraciət ala bilərsiniz.

SILENT_HILL (2015-10-19 12:32:46)
Cavab üçün tәşәkkürlәr. Bәli internetdә bir çox saytda mәnә uyğun işlәr var, zәng etmişәm deyiblәr var yer, CV yaz göndәr baxılacaq. Lakin cavab gәlmir. Çox etmişәm. Düşünürәmki yәüin online'da çox isti yanaşmırlar. Özlәri ilә görüşmәk daha uyğun olar. :)

Anar96 (2015-10-19 11:29:49)
Bakıya gəlməyə ehtiyac yoxdur. İlk növbədə internetdən biliyinizə uyğun iş elanları axtarın cv göndərin əlaqə saxlayın. Əgər müsahibəyə dəvət alsaz Bakıya gedərsiz daha doğrusu gələrsiz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WordPress template’nin kodunun lokal serverdə test edilməsi

preg_match unicode

Düzgün sıralanmama

Saytım php versiyasını dəyişiləndən işləmir

PHP, FOR

CSS bodybackground’un xassələri