WordPress postlarını avtomatik olaraq sosial şəbəkələrdə necə avtomaik paylaşa bilərəm?

Salam, Wordpress postlarını avtomatik olaraq sosial şəbəkələrdə necə avtomaik paylaşa bilərəm? pluginlər axtardım köməyimə gələni tapa bilmədim. Təcrübənizdən bölüşməniz xoş olardı. Post etdikdən sonra Facebook page, Twitter ve Google+ -da share olunmasını istəyirəm. Öncədən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

davinci (2015-10-23 13:26:56)
Təşəkkürlər həll olundu :)

davinci (2015-10-23 13:16:06)
Çox sağ olun unutmadız :) Nə vaxt ki google page bağlamaq üçün autorization gedir belə bir mesaj çıxır: Whoops! You don't seem to have any pages associated with your Google+ profile! Səhifə isə var və aktivdir. Başqa pluginlə də yoxlamaq istəyirdim orda da eyni mesajla qarşılaşmışdım 2 gün öncə

E. Hacı (2015-10-22 17:39:18)
https://ifttt.com/recipes/118429-facebook-page-posts-go-to-google-via-buffer

davinci (2015-10-21 17:05:47)
Facebooku etdim, Twitter də avtomatik facebookdan paylaşır. Google+ aid isə hissə tapa bilmədim ifttt-də.

E. Hacı (2015-10-21 12:28:00)
Recipe neynirsiz ki özünüz recipe yaradın da. İf THİS sözünə klik edib wordpress seçin, rss filan linki qoyu ora, sonra then THAT sözünə klik edib facebook seçin ayarlayın vəssalam.

davinci (2015-10-21 12:00:46)
O qədər sualın içində xatırayıbsız, yaddaşınız çox güclüdür Elvin bəy :) 1. ifttt ilə 3 recipe ilə etməliyəm eləmi? Technimum.com üçün baxıram ifttt istifadə edilir facebook və twitterde post olunur. Ama o cür recipe tapa bilmədim. Bir yol yoxladım recipe ilə wordpress postunu facebook page share edirsən, facebook da avtomatik linked account yolu ilə twitterdə paylaşır (twitterdə paylaşılan tweetdə iki link olur biri ifftt linki biri de fb.me linki ama mən istəyirəm 1 link olsun). Qalır google+. Düşünürəm düzgün plugin tapa bilsəm daha rahat olar. 2. pluginləri install etməmişəm sadəcə axtardıqlarımın içində ürəyimcə olana rast gəlmədim. Cavab üçün təşəkkür

E. Hacı (2015-10-21 08:49:40)
Sualı daha əvvəl vermişdiniz deyəsən. 1. ifttt ilə qura bilərsiniz. 2. istənilən normal reytinqli pluginlə edə bilərsiz. Pluginlər işə yaramırsa çox güman ki bu pluginlərin yox sizin günahınızdır, ayarlar düzgün doldurmursuz deyə. :)