Android ve ios sistem ucun apk yigmaq

Salam hərkəsə.Android və ios üçün proqram yığmaq lazımdır.Hansi ki, play store və app store`da istifadəçilərin ixtiyarına veriləcək.Apk yaratmağı bilən və ya yaratmaq üçün nələr lazım olduğunu bilən varsa məsləhət versin zəhmət olmasa.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Fuad Ismayil (2016-11-22 11:48:11)
XML dilini haradan örgənə bilərik ?

Şükür Hüseynov (2015-10-26 20:44:49)
Salam Android və ya İos proqramlarını flashin son versiyasında da(cs6 deyəsən cs5.5-də də olur) yığmaq olur quraşdırılma zadda çətin deyil elə adobenin saytından son versiyanı 1 aylıq pulsuz yükləyə bilərsiniz sonra istəsəz pulnan alarsız

NModern (2015-10-26 18:58:32)
İOS üçün applicationlar hazırlamaq üçün X-Code proqramından istifadə etməlisiniz. Bunun üçün Mac kompyuterinizin olması labüddür. İOS üçün applicationlar hazırlamaq üçün digər proqramlar da mövcuddur ki, onları həm də VVindovvs əməliiyyat sistemli kompyuterlərdə də istifadə etmək mümkündür. Bunlara Misal olaraq PhoneGap, İntel XDK, Rad Studio və s misal göstərmək olar. Amma bu halda X-Code-dən fərqli olaraq applicatonlar Objective C-də deyil HTML 5 və ya Delphi və s. dillərdə yazılır. Həmçinin bu halda applicationların generasiyası adətən müvafiq şirkətlərin serverlərində həyata keçirilir. Applicationu AppStore-yə yerləşdirmək üçün Apple-də developer accountu açmalısınız. Ünvan https://developer.apple.com/ Burada illik ödəniş 99 dollar-dır.

NModern (2015-10-26 18:51:59)
Salam. Android üçün Application-lar yığmaq üçün Android Studio Proqramından istifadə etməlisiniz. Bunu üçün müxtəlif digər proqramlar da mövcuddur. Google tərəfindən dəstəklənənəni Android studiodur. bu proqramı quraşdırmaq üçün əvvəlcə kompyuterinizə JDK(java Development Kit) quraşdırmalısınız. Sonra isə Android Studio proqramını yükləyib quraşdırırsınız. Android Studio-da Applicationlar yazmaq üçün Java və XML dillərini bilməlisiniz. yükləmə linkləri aşağıdadır. 1) JDK - http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk8-downloads-2133151.html 2) Android Studio - http://developer.android.com/sdk/index.html Applicationu Play Storeyə yerləşdirmək üçün Googledə developer account açmalısınız. bunun üçün https://developers.google.com/ -da qeydiyyatdan keçməlisiniz. Account-u açmaq üçün birdəfəlik ödəniş 25 dollardır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Android-də, setOnClickLisListener

Htc Desire HD Android 2.3.5 Root

Android beyin yenilənməsi

Youtube video

Android Ə hərfini açmır.

Android ƏS-ə aid 7 sual.