Nar Mobile’də operatorla necə əlaqə saxlamaq olar?

Salam,bir nömrədə səhvən, Nar'ın göndərdiyi spamlara abunə olunub və qurtulmaq olmur.777'ə zəng edərkən, operatorla əlaqə bölməsi itib, kompaniyalar isə labirint kimidir, heç cürə lazım olan yeri tapa bilmirəm.Zəhmət olmasa, kömək edin, həmin kompaniyalardan necə qurtulmaq olar?Qabaqcadan təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Ömərov (2017-06-27 16:23:10)
Əsas menyuda birbaşa operatorla əlaqə üçün seçim yoxdur. Alt menyudan seçim etməklə operatorla əlaqə saxlamaq mümkündür. Operatorlara gələn zənglərin sayını maksimum azaltmaq üçün belə edirlər. Texnologiyadan kifayət qədər başı çıxan adam olsam da Nar-ın operatoru ilə əlaqə saxlamaq mənə yarım saat və 50 qəpik kontura başa gəldi. Həlli də @u.cf-nin yuxarıdakı cavabından tapdım, təşəkkürlər. Mən biraz daha geniş yazım, menyuda bu düymələrə basmaqla müvafiq seçimləri etmək lazımdır: 1 - Dil seçimi (Az, Eng, Rus) 1 - Balans və nömrə üzərində əməliyyatlar 1 - Balans haqqında məlumat və əməliyyatlar 0 - Operatorla əlaqə Qısaca robotun danışmasını dinləmədən birbaşa 1110 yığmalısınız. Ancaq bəzən əlaqə mərkəzi sizin sonuncu dil seçiminizi yadda saxlayır, ona görə də sizdən yenə dil soruşmur. Belə halda ancaq 110 yığmaq lazımdır. Operatora qoşulanda bu labirint məsələsi barədə şikayət edin, mən də etdim, bəlkə şikayət çox olsa düzəldərlər. Kiməsə köməyi dəyəcəksə buyurub istifadə etsin.

Hikmat Aliyev (2017-06-05 12:20:05)
Allah razi olsun

Tural Axmedov (2016-08-19 15:00:53)
Salam. Sizə çox minətdaram. Neçə saatdır ki, operatorla elaqeni axtarıram. Məni xəbərim olmadan TURBO XS paketinə qoşublar. Gəl indi sübut et ki, özləri qoşublar :(

ATR (2016-06-03 11:56:34)
Allah səndən razı olsun cheat kodu dediyine görə

Nas114 (2016-05-22 16:06:41)
Ay Allah razi olsun.dimeli 1110in arxasinda gizlenibler indi de.

Əli (2015-10-30 13:52:08)
çox sağ olun, operatoru tapmaq üçün yığılacaq kodu öyrənmək, adama böyük bir saytın güvənlik kodunu yarmaq kimi gəlir))

umudceferov (2015-10-29 13:00:18)
Ele ona gorede diyirki rahat oturun labirinte daxil oluruq :))) zeng edende menyuda muvafiq 11110 yigin axirinci operatorla elaqedi.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Internet üçün sim, cin yoxsa nar?

nar mobile data kartı driver

Provayder – Sulutəpə

Nar Mobile FotoPriz xidməti Deaktiv Etme

Narda abunə sms dayandırılmasi

Narda baglı nömrə kredit göturə bilərmi ?