Başqa ölkəlirin müəllif hüququ ilə qorunan layihənin eynisi ölkəmizdə reallaşdırıla bilər?

Salam. Sualı daha ətraflı belə izah edim; Məsələn tutaq ki Türkiyədə satışları yaxşı gedən bir alışveriş saytını araşdırıb bütün iş modelini, satış strategiyasını Azərbaycanda tətbiq etsəm, saytı kopyalamamaq (sıfırdan yığmaq) şərti ilə öz saytımın onların saytındaki funksiyalarla təhciz olunmasını təmin etsəm və bu saytın öz ölkələrində müəlliflik hüququ ilə qorunduğu məlumdursa, bu şirkətin sahibi məni beynəlxalq məhkəməyə şikayət etmə haqqına sahibdirmi?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Bextiyar Azeroglu (2015-10-29 18:39:19)
çox uzağa getməyək) h2h.az elan saytı və hh2.az elan saytı biri o birinin dizaynını 90% götürüb bəlkə də çox. hər iki sayt işləyir hələki. Əsas dizaynına görə eyni olduqları bilinir saytların. Siz öz saytınızda rəngləri fərqli, o saytdan fərqli olaraq biraz başqa cürə etsəniz çox bilinməz saytın təkrarlandığı.

Software Developer (2015-10-29 13:20:08)
Salam. Baxır necə kopyalamaq. Siz deyən kimi funksional kopylamağa görə heç kim heç nə deyə bilməz. Telegram Whatsapp-ı, Vkontakte Facebook-u eynən kopyalaraq yola çıxıb. Və hazırda bazarları da kəsişir, rəqibdirlər, amma məhkəməyə vermirlər. Nəzəri cəhətdən verə bilərlər e, amma gərək verən tərəf tam isbat edə ki, siz məhz ondan kopyalamısız hər şeyi, və ya hansısa patenti pozmusuz. Bu sizə sizin hal üçün çətin məsələdir. Ona görə də problemsiz qura bilərsiz elə sayt.

umudceferov (2015-10-29 13:04:36)
Saytin altinda:all rights reserved.varsa kopyalamaq olmaz

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Şəkilin içini kəsib Götürsəm yenə müəllif hiququ pozularmı?

ebayda necə şikayət etmək olur?

Ebay ilə bağlı problem yaşayıram

Saytıma Öz Fayllarımı Qoysam Kimsə Götürüb Mənimdi deyib Şikayet Atarmı

Necə şikayət edim?

ebayda şikayət