Google Adsense blogdan qazancımı göstərmir.

Salam.Mən blogumu google adsense qoşmaq istədim, amma min 6 ay tələb olunduğundan baş tutmadı. Sonra youtube kanalımı adsense qoşdum və google adsensedə hesab yaratdım Daha sonra google adsense daxil olub url channel yazılan yere blogumun adresini daxil etdim, lakin hələ də google adsense menim blogdan qazancımı göstərmir. Səbəbi nədir? Qeyd edimki blogu 2 aydı düzəltmişəm və google adsense url channel deyilən yerdə adressi təsdiq etmişəm.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Sara 1994 (2015-11-07 12:08:26)
anladim. cox sag olun.

E. Hacı (2015-11-07 10:07:22)
Salam. URL channel-in təsdiq ilə heç bir əlaqəsi yoxdur. Reklam sadəcə bloqunuzda görsənirsə deməli artıq hesablanır. O halda hesablanmazdı ki, siz adsense settings-də ( https://www.google.com/adsense/app#main/siteAuthorization) "Only allow certain sites to show ads for my account" seçmiş olasınız. Bunu etmisinizsə o quşu ordan götürüb yenidən save edin. Amma çox güman ki səbəb bu deyil, bunu hər ehtimala qarşı dedim. Səbəb trafikin az olmasıdır. 100 dənə ziyarət ilə olmur bu işlər. Ümumiyyətlə bloqunuza ziyarət günlük 2-3mindən az olarsa, reklam haqda düşünməsəz daha yaxşıdır. Bloqun keyfiyyətinə fikir verin daha çox, qoy böyüsün populyarlaşsın, reklam filan sonranın işidir. Bunu unutmayın.

Sara 1994 (2015-11-06 10:27:06)
104 nefer baxis edib ozude 1 meqale yazmisam hec bir yerde paylasmamisam linki. sadece sualim oduki niye statistik gostericiler gorsenmir? min 6 ay lazimdiki blogun gostericilerini gostersin adsense?

NONANE (2015-11-05 13:02:03)
Belke heckes bloqa daxil olmur... Adsense gundelik geliri gorsedir Hesab (отчеты) bolmesinde. Tam gelir ise (hesabda olan mebleg) her ayin 12 den sonra gorsedilir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Google Domains əvəzləyicisi

Adsense-dən karta pul köçəndə puldan neçə faiz çıxılır?

Google adsense bank ilə odəmə

Adsense karta pul oturmayıb

google play market yuklemek

Adsense ödənişləri ilə bağlı vergi Əməliyyatları