Azərbaycanda İnternet Provayderi

Salam, Bayaqdan demək olar Bakı üzrə internet provayderlərinin 90 faizinə zəng vurmuşam. Hərəsində bir problem çıxır. Beləki əvvəla istədiyim o idiki internet tez olsun ancaq 4-5 iş günü ərzindən tez olanı olmadı, hətda Azeronline 10 iş günü müddətində təklif etdi :) Mən başa düşə bilmirəm bunlar guya nə böyük iş görür ki, o qədər müddət isdəyirlər? ADSL istəyirəm, Fiber-Optik deyilki deyim nəsə kabel zad çəkəcəklər. Ümumiyyətlə hansı provayderi məsləhət görərdiniz? Birdə SAZZ-dan istifadə edən varsa deyərdi SAZZ ümumiyyətlə məsləhətdimi?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

selef (2015-11-12 21:04:42)
adsl də uninet yaxşıdır 3-4 günə qoşurlar

Tamerlan Memmedov (2015-11-11 17:15:54)
Sazz şeherin yaxşi yerindesense superdi 10 suretdi) ele cox vaxt 5 den yuxari olur, men Alfanet işledirem 3 güne qoşmuşdular, sen en yaxsisi axtarmaqdansa ele birine qosul onsuzda vaxtin gedir indi) tez qosani cetin tapasan

Breathtaking (2015-11-10 16:44:38)
Sazz isteyirem sadece modemleri cox bahadir.

NONANE (2015-11-10 12:38:31)
Vaxt tek provayderden asli deyil , hemde ats-den aslidir. Internet provayder ats ile muqavile baglayir sonra hemen muqavile icra olunur. Ona gorede 4-7 gun vaxt aparir.

Anar (2015-11-10 12:34:23)
sazz işlədirəm. şəhərdəsənsə sürət normal işliyir. sazzı aldığın gün işliyir gözlüyüb eləmirsən.