Facebook reklam ödəməsi

Salam, Facebookda reklam üçün ödəmə kartı balansın bitməsi səbəbi ilə blok olub və $133 borc göstərir. Kartda balans artırıldıqdan sonra da borc silinmədi və sistem yeni ödəmə mənbəyini qeyd etməyi tələb etdi. Növbəti kartı qeydiyyatdan keçirəndə "Siz kart limitinə çatmısınız" (İngilis dilində) yazıldı və alternativ ödəmə mənbəyi də qeydiyyata alınmadı. Belə halda nə etmək olar? Diqqətinizə görə təşəkkürlər, Rahila

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Rahila Kosayeva (2015-11-16 15:40:21)
Ətraflı cavaba görə təşəkkür edirəm!

E. Hacı (2015-11-13 12:12:14)
Salam. Sadəcə gözləməklə də düzəlir(bir neçə gün sonra yenidən cəhd edirlər), amma daha tez həll istəsəniz yaxşı olar ki, https://www.facebook.com/help/contact/?id=239064626155650%2F%3Fref%3Du2u buradan yazasınız, qısaca deyin ki "Kartımda məbləğ yox idi, hazırda isə var, re-charge edin və balansımı aktivləşdirin". 1-2 saat keçməyəcək açacaqlar.