Təşkilati hüquqi forma

Online alışveriş və ya online satış ortaqlığı şirkətlərinin təşkilati hüquqi forması nə olur? Məsələn eBay Azərbaycanda olsaydı bunlardan hansı olardı: eBay MMC eBay ASC eBay QSC? Ümumiyyətlə bu 3 təşkilati forma haqda qısa məlumat verə bilərsiniz hansı nəyə aiddir?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Ilkin Veliyev (2015-11-14 15:37:53)
Təşəkkür edirəm

E. Hacı (2015-11-13 12:22:13)
Ebay Azərbaycanda bölmə açsa, təbii ki, MMC. Amma bütöv Ebay özü Azərbaycan şirkəti olsaydı, QSC kimi yaranıb ASC kimi davam edərdi. Qapalı tipli SC o deməkdir ki, təsisçilər(şəriklər) öz aralarında şirkəti payla bölür və eləcə davam edirlər. ASC isə o deməkdir ki, şirkətin payı xırda hissələrə bölünərək qiymətli kağız kimi satılır bazarda, kim istəsə kimə istəsə satır. Bazardakı tələbdən asılı olaraq qiyməti qalxır, düşür və.s. Məsələn şirkət uğur qazananda bazarda hamı başlayır onun pay kağızlarını almağa, ona görə də dərhal səhm qiyməti qalxır. Yox şirkətdə ciddi bir böhran, qalmaqal olanda isə hamı başlayır onun səhmini satıb ondan qurtulmağa, ona görə də qiyməti ölür.