Şəxsi düşüncə – bəzi suallara cavab tapmaq

Bilirsiz necədi heç kim həqiqətən həyatda əslində sənin nə etmək istədiyinlə maraqlanmır, öyrənmək istəmələrinin səbəbi, səni harada, necə istifadə edə biləcəklərindən əmin olmaqdı. yaxşı niyyətli səmimi olduqca insanlar axmaq yerinə qoyur. başqasını özümdən çox düşündükçə həssas davrandıqca isə daha çox üzülürsən. bu səfər içinə atirsan həm özünü peşman edib həm də ətrafınıza zərər verirsən. Niyə axı yaxşı niyyəti suistimal edir? Niyə həyat bu qədər ədalətsizdi?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Software Developer (2015-11-13 18:25:44)
Salam. Heç birimiz buradan sizin yerinizə düşünüb danışa bilmərik, çünki hər kəsin situasiyası, durumu fərqli ola bilər və kənardan bizə asan görünə bilər. Amma yenə də, çalışıb "take it easy" etmək lazımdır. Yəni çox dərinə getməmək daha yaxşıdır, ədalətsizdir dünya ya deyildir, bunu siz dəyişə bilməzsiniz, bu necədir elə də qalacaq. Madam ki dəyişə bilməzsiniz, o halda niyə üzülürsünüz ki buna? Sizmi etmisiniz dünyanı belə? Yox. Siz düzəldə bilərsinizmi dünyanı? Yox. O halda sadəcə boş verib yaxşı şeylərə fokuslanmaq lazımdır. 5 il öncəki ağır bir probleminizi yada salsanız, indi sizə çox gülməli və mənasız bir şey kimi görünər, ki gör nəyi dərd edirmişəm. Eləcə də 5 il sonra indi sizi üzən şeylər zamanın sayəsində təsirsiz və önəmsiz şeyə çevriləcək. Ona görə də indidən bunun fərqinə varıb yaxşı şeylərə tərəf çevrilmək lazımdır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Saytıma Öz Fayllarımı Qoysam Kimsə Götürüb Mənimdi deyib Şikayet Atarmı

Ebay izleme kodu

Pul Krediti

9095-galan sifaris neca va hardan goturulur

Mal Azbak’da ilişib

Tanımadığım insanla onlayn alış-veriş