PayPal VISA kartı qəbul etmir.

Salam mənim sualım paypal ilə əlaqədardır sualı açmazdan öncə bir çox cavablara baxdım məni qane edən olmadı təəssüf ki, keçək əsas məsələyə 1 həftə öncə Beynəlxalq Bankdan hesab açdırdım bugün visa kartım gəldi paypal hesabı açdım ama kartı əlavı edəndə belə bir mesaj çıxır yuxarıda, This debit or credit card has expired. Please update the expiration date for this card or use a different card. (Bu kartın istifadə müddəti bitib deyir :) ) VISA kartı yeni almışam üzərində bitmə tarixi 11/16 qeyd edilib, kartdan başqa yerdə istifadə etməmişəm, zatən ilk dəfə paypala vurmaq istədim bu mesaj gəldi, onuda qeyd edimki hesaba hənüz pul qoymamışam, əgər pul qoymadığım üçün qəbul etmirsə bəs niyə ozaman bu kartın müddəti dolub yazır ? Zəhmət olmasa mənə ətraflı cavab verərdiz, indidən təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

E. Hacı (2015-11-23 09:22:18)
Səhv mesajı əksini deyir amma. İndiyəqədər də doğru daxil edən kimdəsə bu problemin çıxdığını eşitməmişəm. Hər bir halda, hər şeyi doğru etdiyinizə əminsinizsə, support bölməsindən yazın Paypala, fərdi baxıb həll etsinlər problemi.

Tanner (2015-11-22 22:07:31)
Xeyr qardaşım :) tarixi eyni ilə düzgün daxil etmişəm

E. Hacı (2015-11-20 08:28:28)
Bitmə tarixini düzgün daxil etməyəndə belə yazır. Bəlkə 11 və 16nın yerini səhv yazmısız ya nəsə elə bir şey. Çünki mesaj aydındır, deyir ki vaxtı bitmiş kartdır. Başqa səhv desəydi hə onda araşdırmaq lazım idi

Tanner (2015-11-18 19:06:32)
Bəli 11/16 olaraq qeyd edirəm

NONANE (2015-11-18 13:47:03)
1) Kartda mutlek 3-4 manat pul olmalidir. 2) Karti geydiyyat edende bitme tarixini geyd edirsiniz ?

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

PayPal API signature problemi

Payoneer + Paypal = ?

Bank Of Baku Classic kart

PayPal hesabının sayta inteqrasiyası

Ödənişin təsdilənməsini necə öyrənə bilərəm?

PayPal ilə ödəniş etdikdə 18 faiz tutulmağı normaldır?