Security və proqramlaşdırma

Salam sualım belədir proqramçı security ni bilməlidimi ? Əgər bilməlidisə nə örgənməyi nələri etməyi məsləhət görərdiz ? söhbət web security dən gedir isdifadə elədiyi dillər php və Java dır

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Software Developer (2015-11-19 15:50:02)
Yox yox yanlış məlumatdır. Hər ikisini də bilməlisiz, özü də mütləq. Biri əksikdirsə o halda mütəxəssis olunması mümkün deyil. Siz deyən proqramlaşdırma sahəsində təhlükəsizlik yox, sistem təhlükəsizliyidir bəlkə də onunla qarışdırırsız. O tam başqa sahədir bəli(DDOS, WAF, Pentest və.s.) və ciddi Unix-Linux sistem bilikləri və.s. tələb edir.

Teodor86 (2015-11-19 15:31:20)
Zəhmətsevərlik, istək və bilik səviyyəsindən asılıdır.

Till (2015-11-19 13:15:59)
Çox sağolun amma həm security ni amma də developerliyi yükək səviyyədə örgənmək çox çətindi mən bilən bu sahənin adamları ayrı olur və 1 yerdə işliyir))

Teodor86 (2015-11-19 09:47:45)
PHP təhlükəsizlik

Software Developer (2015-11-19 08:56:17)
Əlbəttə bilməlidir. Development-in ən önəmli hissələrindən biri də security-dir. Php security filan yazsanız xeyli material çıxar. Və ya php-yə aid hansısa bir kitabı tam oxusaz, security də orada bir fəsil olacaq ayrıca, hamısınl birdən öyrənmiş olacaqsınız. Veb developmentdə əsas təhlükəsizlik istiqamətləri, SQL injection, XSS və CSRF-dir. Başqa xırda xuruş şeylər də çoxdur.