Php + MySQL çətinliyim var komək edin.

Salam dostlar.. Deməli belə bir yerdə ilişib qalmışam. Maşın ehtiyyat hisseleri saytı var. Ora yeni maın əlavə edende sagda bolmeler var ve bolmelerin altinda alt kateqoriyalar var. Mən maşının adını nöm filan yazdım sağdan isə onda olan sağlam ehtiyyat hisselerini secib qiymet qoymaq isteyirem. Amma ki her defe sutun yaranmadan. Basa dusmedizse aciq yazim. Komek edin.

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

SILENT_HILL (2015-12-02 23:55:24)
Təşəkkürlər Şamxal :) Yəni deyirsən ki yoldaşların dediyi ilə qoşum? Yoxsa gözləyim?

Meherremoff (2015-12-02 20:06:44)
Gələcəkdə həmin hissələr üzrə axtarış sistemi lazım olacaqsa Json yaramayacaq. İstisna hal kimi MySQL 5.7.8 versiya və daha yuxarı versiyalarda native Json sütunlar dəstəklənir. Axtarış da etmək olur. Birbaşa sütunda modifikasiyalar da etmək olur. Amma MySQL versiya aşağıdırsa bu halda yeni sütunlar yox, sətirlər şəklində saxlamaq daha optimaldır. Hesab edək ki, hissələr cədvəli "Parts" olsun. 4 sütun kifayət edir. Tutaq ki Car_id, Cat_id, Subcat_id, Price. İnsert edəndə də hər biri yeni sətrə olmaqla, Car_id eyni olacaq, digərləri də bazadan çəkilmiş kateqoriya və altkateqoriya və qiymət.

Yusif_Farajoff (2015-11-30 23:04:26)
Dəyməz. Komək edə bildimsə, xoşdur mənim üçün.

SILENT_HILL (2015-11-30 21:41:11)
Minnetdaram Yusif. :)

Yusif_Farajoff (2015-11-29 22:29:49)
[code] $hisseler = json_encode(array('ad' => mysql_escape_string($_POST['ad']), 'qiymet' => number_format($_POST['qiymet'], 2))); [/code]

SILENT_HILL (2015-11-29 18:12:27)
cox sagolun ela fikirdir. Bes formlari nece hazirlayim? yeni ($ad = $_POST['name'];)

Yusif_Farajoff (2015-11-29 12:35:42)
Salam, Mən sizi səhv başa düşmədimsə , sizin probleminiz belədir. Standart seçim və sütun olmadığından bazaya veriləri necə əlavə edilməsində çətinlik yaşayırsınız. Əslində bu problemin bir çox çıxış yolu vardır. Məsəlçin, bir sütun (text) içinə məlumatları json_encode ilə saxlamaq yəni: [code] $hisseler = array('guzgu' => sag, 'guzgu_qiymet' => 5.00, 'mator_qiymet' => 60.00); və s. $bazaya_elave_olunacaq = json_encode($hisseler); [/code] daha sonra isə həmin maşına aid məlumatları həmin sütundan json_decode ilə geri almaq və boş olanları əks etdirməmək (və ya boş olanları ümümiyyətlə sütun içinə yazmamaq)

SILENT_HILL (2015-11-28 20:33:18)
Cox sagolun, belke basqa fikir yazan olacaq yenede tesekkur.. :)

Şükür Hüseynov (2015-11-28 13:12:34)
Oxşar problem məndə də olub ancaq məndə biraz sadə idi bu qədər menyu yox idi :) yeni sütun yaratmaqla alınacaq bazadakı cədvələ bir dənə yeni sütun əlavə edin məsələn delete hamısında 0 olsun hansı silinsə onda 1 edin ancaq 0 olanları oxuyun belə səhvlik çıxmaz

SILENT_HILL (2015-11-28 01:10:13)
Şükür, məllim deməli belə. Çox sağolun əvvəlcə maraqlandığınız üçün. Bir maşın ehtiyyat hissələri saytı düşünün. Bir maşın var qəza törətdi maşının üstü başı dağıldı amma matoru, filan yerləri salamatdı. Və həmin maşını sizin şirkətə gətiribki ehtiyyat hissələrini saytınızda yerləşdirin satışa qoyun. İndi sizdə admin paneldən həmin maşını əlavə edirsiz məlumatlar bazasına. 2 konteiner var. Sol və sağ. Solda maşının Markası,modeli, nomresi,qeydiyyat nişanı filan. Sağda isə sizdə bazamızda olan şablon ehtiyyat hissəsi adları və alt kateqoriyaları. Soldaki xanaları doldurduqdan sonra keçirik sağdan bu maşında nələr salamatdır seçməyə. (Söhbət sağ konteinerden gedir.) Məsəlçün güzgüyə kliklədik altda yazıldı hansı güzgü? sağ/sol? Seçirik sol. Sonra qiymət qoyduq. Seçdik. (juery açılan menyu ilə) Sonra aşağıda mator var. Matora kliklədik altdan alt kateqoriyalar çıxdı. (Nəzərinizə çatdırımki kateqoriyalar və alt kateqoriyalar var bazamızda ordan çəkirik.) Matorda qalmışdıq hə, matora da kliklədik altdan alt-kateqoiyalar çıxdı mator adları. seçdik və buna da ayrı bir qiymət qoyduq və sağmı-solmu seçdik. Daha sonra istənilən qədər bu qədər seçib bunıları bazaya necə yazmalıyam? Yəniki bu məlumatlar 1(bir) maşına aiddir. Yəni nəticədə bizə lazımdırki bu maşında nələr salamatdır və qiymətləri nədir. Hər dəfə yeni sütun yaradılmalıdırsa arasından biri silinəndə səhvlik olur axı? Buna kömək etsəniz çox şad olaram. Bir daha təşəkkürlər.

Şükür Hüseynov (2015-11-27 11:38:18)
Salam zəhmət olmasa biraz ətraflı yazın şəkilli yazsaz yaxşı olar yəni dəqiq başa düşmək olsun

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Laravel məsləhətlidirmi ?

jQuery Slide`ni MySQL ilə Əlaqələndirmək ?

Php get metodu və şifrələmə

Belə bir proqram lazımdır

Səhifə yenilənmədən daima artıb azalan rəqəmi ekranda göstərmək

Ümumi baza