Adsense aylıq ödenənişin karta vurulmaması

Adsensedən 1-ci dəfədir ki ödəniş alacam. Ödəniş noyabrın 21-i işləmə girib ama hələ də karta yüklənməyib. Səbəb nə ola bilər ? Kimlər bu ay ödəniş qəbul edib və nə vaxt ? Kart Bank Respublikanın Visa Elektron kartıdır, bütün məlumatları düzgün qeyd etmişəm.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Toghrul (2016-02-26 00:37:36)
Salam Nəticələri qeyd etsəydiniz digər istifadəçilərə daha yararlı olardı. Çünki kart sisteminə keçdikdən sonra ilk ödənişim 1 gün ərzində kartıma daxil olsada ikinci ödənişimdə hələdə problem var. Yəni hardasa 5 gündür Bank respublika kartıma oturmuyub. Axtarışda bu problemli yolaşları tapıram amma nəticəni heç kəs qeyd etmiyib.

Aslan Bayramoff (2015-11-28 20:37:21)
Təşəkkürlər :)

NONANE (2015-11-28 18:32:10)
https://support.google.com/adsense/troubleshooter/3531240 Bura girib yazarsiniz 10 gun tamamda.

Aslan Bayramoff (2015-11-28 18:17:58)
Bankla əlaqəli deyil məncə, elə olsa hamıda eyni problem olardı. Problem nədi mənə də maraqlıdı. Hə 3 gün qalıb gözləyim yenə pul yüklənməsə yazacam Adsensə

NONANE (2015-11-28 18:07:35)
2-4 gun olur. 10 gune gelmese Adsense muraciyyet ede bilersen. 10 gunden tez muraciyyet gebul olunmur Kecin basqa banka. Bank of baku misalcun

Aslan Bayramoff (2015-11-28 16:37:32)
Bəli, düz yazmışam, hamısı düzdü. Vasitəçi bankı da yazmışam. Googledan mail gəlib, gönderiblər, ödəniş səhifəsində də görünür, ama karta pul yüklənməyib. 1 həftə keçib artıq. Başqa nəsə əlavə etmək lazımdı ?

azenec (2015-11-28 16:13:18)
Məndədə bank respublikadı hal hazırda adsensedən hesabima ödəniş edilib. puluda uje əritmişəm :D rekvizit ülvanını doğru yazdığına əminsən? İban hesab sahibinin adı və swift kodunu?

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Youtuba Partner vacibdimi?Ferqi nedi

Adsensedən pulu başqasının hesabına göndərə bilərəm?

Google Adsense çek seçimi

VTB Bank rekvizitləri necə doldurmaq lazımdır?

Hansı bankdan hesab açmaq məsləhətlidir

Adsensemi satsam kimsə alar?