like artirma

Salam. Bu like artırma saytları nəyə əsaslanır? Əvvəl inammırdım elə bilirdimki fırıldaq reklam xarakterli şeylərdi amma bir dəfə özüm yoxladım bir dəfəyə 200 like verdi. Özüdəki qeyri qanunidir. Hətta belə şeyləri facebook müzakirə etməyə belə icazə vermir və səni bloklayır. Facebook niyə belə saytlara qarşı mübarizə aparmır? Ən əsas sualımın bu cür saytların alqoritmi nəyə əsaslanır?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Software Developer (2015-11-30 09:52:17)
Mırta niyə, əməlli başlı biznes növüdür. Like sayını pulsuz vermirlər ki, satırlar da. Ola bilər inandırmaq üçün 100-200 pulsuz verirlər o heç. Amma 1000, 10min və daha yuxarısında hər bir paketin öz qiyməti var və əməlli başlı pul qazanırlar.

Anar96 (2015-11-29 14:28:59)
Ətraflı məlumata görə çox sağ olun. Bəs o cür saytlar nə qazanırlar bununla? Yoxsa elə belə mırta açıblar

Software Developer (2015-11-28 22:05:45)
heç bir hack yoxdur orada, yəni nəsə alqoritm məsələsi deyil. bir bir oturub account açırlar(xüsusən mənbə Çin olur), minlərlə account hazır vəziyyətə gəlir. Sonra bot ilə hamsından login olub nəyi istəsələr like filan edirlər. Facebook ona görə mübarizə apara bilmir ki, adamlar oturub bir bir hesab açırlar, bunun kökünü kəsmək qeyri mümkündür.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Facebookdakı oyunlar opera ilə açmır

Mobil Facebook-da dostluqdan silmək

Facebooka nömrə qoya bilmirəm

#fb həştaqı nədir və twitterdə necə edə bilərəm ki, bəzi tvitlərim facebookda görünsün?

facebookla bağlı

Facebook application-ın yazılması