Videolar açılmasın

Salam. Brauzerin setting bölməsində disable image etməklə şəkillərin görünməsinin qarşını aldım. Bəs necə edimki videolar da açılmasın?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Anar96 (2015-11-29 18:27:14)
Şükür Hüseynov çoxsağolun flash playeri deaktivləşdirdim alındı.

NONANE (2015-11-29 15:42:18)
Reklam videolari deyirsense, mozilla ucun add block plus var, o yigisdirir onlari. Yadki oxumaq rejimi duymesini basmaqla seyfeden hersey qizledilir ve tekst qalir.

Şükür Hüseynov (2015-11-29 15:40:03)
Salam Flash player proqramını ləğv edin və javascripti söndürün onda videolar açılmayacaq Javascripti söndürmək qaydasına buradan baxa bilərsiniz ancaq javascripti söndürəndə saytlardakı bəzi effektlər işləməyə bilər

Maqa (2015-11-29 15:25:22)
o zaman siz belə edin sayta girdiyiniz zaman tam yüklənmə bitəndən sonra interneti söndürün və belə cə davam edin

Anar96 (2015-11-29 14:37:23)
Yox qardaş ciddi deyirəm. Mən yalnız məqalə oxuyuram internetdə yəni mənə şəkil və video lazım deyil çünki datakartla girirəm. Mb az getsin deyə şəkilləri bağlamışam amma videoları bağlaya bilmirəm özüdə videolar mb ı dağıdır :) tək məqalə oxuyanda kblar işlənir. Yəni mən mblara qənaət etmək üçün soruşuram bunu. Limitsiz olsaydı nə dərdim.

NONANE (2015-11-28 23:05:51)
Birdefelik brauzeri poz getsinde onda :D

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Video kəsmək

Lower Third

DVR-lərdə Fayl Format problemi (.264)

Bakcell Alov (android uptade eləmək mümkündür?)

Video-da arxaplanı necə dəyişmək olar ?

Mahnının adını tapma saytı?