Online alışveriş saytında olması gərəkənlər

Salam. Hərkəsin fikri maraqlıdır... Online alışveriş saytı qururam. Amma belə görürəm ki saytın qrulmasından çox rəqibləri üstələmək çətin olacaq. Bir alışveriş saytına əlavə oluna biləcək maraqlı idealarınız varsa buyurun.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Breathtaking (2015-12-01 11:54:35)
Məsləhət görərdim saytda hər şey satılmasın bir sahə üzrə ixtisaslaşsın. Yoxsa həftəbecər bir şey olanda adam heç sayta girmək isdəmir.

Software Developer (2015-12-01 11:05:07)
Azərbaycanda hal hazırda normal işləyən populyar online alış veriş saytı yoxdur! (online işləyənlər elan saytlarıdır var yalnız). Bunun səbəbi bir çox amillərdir. Alış-veriş saytının uğurlu olması bir çox amildən asılıdır. Bir neçəsini sadalayım. 1. Məhsul-anbar məsələləri - Kimdə var bu? Demək olar heç birində. Sifarişi alım, internetdən gətizdirim müştəriyə çatdırım - bu online alış-veriş deyil, bu poçtalyonluq kimi bir şeydir. Yəni ciddi biznes deyil. Məhsul təminatı ilk şərtdir. Ki məhsullar varmı anbarda. 2. Çatdırılma - Operativ çatdırılma varmı? Təkcə Bakıyadırmı? Birdən rayondan sifariş olsa? Bütün bu məsələlər də həll edilməlidir. 3. Qanunvericilik - Vergi ödənilirmi, çek yazılıb verilirmi? Hər şey qanunidirmi ? - bu da olmasa sabah hər an qapıya çöküb məsuliyyətə cəlb edə bilərlər. Gördüyünüz kimi əsas məsələlərin sayta aidiyyatı yoxdur. Sayt elə hamı qura bilər də, hazır shopping skriptləri doludur. Sözsüz ki, saytın da özünün optimal olması şərtləri filan çoxdur, amma bu sonrakı məsələlərdir. (qeydiyyatsız sifariş mütləq olmalıdır, qeydiyyat forması maksimal sadə olmalıdır, sayt çox sürətli açılmalıdır, mobil versiya pc versiyadan da qəşəng olmaldır və.s.)