Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Adsensedən ödəniş alanda vergi tutulur ?

Adsensedə Visa karta ödəniş almaq üçün vergi orqanında şəxsi sahibkar kimi hesab açmaq lazımdır ? Google Adsensedən karta ödəniş göndərilib amma Bank Respublika bunu səbəb göstərərək karta daxil etməyib və e-mail gönderiblər ki,vergi orqanında şəxsi sahibkar kimi hesab açın.


Kateqoriya: Sual . , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (12 cavab var)

(09:01, 09/12/2015 ) #60024

Əvvəllər belə deyildi, fiziki şəxs şəxsi hesabına pulu qəbul edib sonra onun vergisini fərdi qaydada ödəyirdi ya ödəmirdi o sonranın işi idi. Son 1 ildə banklar bunu etməyə başlayıblar(düzdür heç də hamıya demirlər belə, rastgələ, sanki ancaq xəbər tutsalar deyirlər), amma düz də edirlər təbii ki. Vergi vermək lazımdır, verməmək isə məsuliyyətə cəlb olunma ehtimalı deməkdir. Ən təmizi elə odur, pul qazanırsızsa, sahibkar hesabı açmaq. Dünyanın hər yerində belədir.
Özü də sahibkar hesabı açanda da heç bir vergi tutulmur, vergini sonra özünüz 3 aydan bir ödəyirsiz. Sadəcə bank bunu sizdən istəyir ki, qanuna riayət etmiş olsun.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:15, 10/12/2015 ) #60055

    Başqa banklarda da belə olacaq ? Mən hər ay ödəniş almıram, 4-5 aydan bir hələki alacam, həm də bu birinci ödənişimdir, başqa bank hesabı ilə ala bilərəm ?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (16:56, 10/12/2015 ) #60059

      Bəli hamısında elə olacaq, Bank Respublika havadan götürməyib ki bunu, ona da qanuna uyğun göstəriş verilib. Bəlkə də hələ ki yoxdur başqa banklarda, amma olacaq.
      Əgər daimi alacaqsınızsa, bu artıq sahibkarlıq fəaliyyətidir, indidən normal qaydasını öyrənin, vergini ödəyin, başınız ağrıya bilər sonra. Əgər vergi vermək istəmirsinizsə, sadə bir yolu var bunun, bu işlə məşğul olmayın, pul gəlməsin, nəticədə vergi də verməyin. Zatən məbləğ də çox kiçikdir deyirsiniz.
      Amma əgər fəaliyyət varsa, pul gəlirsə, vergi də olmalıdır. Bu yayınılası bir əngəl deyil, bu məcburi qanundur, dünyada hər ölkədə var.
      Məbləğ kiçikdi dediniz, bəlkə qoyasız qala adsense hesabda toplana, əgər çox məbləğə çevrilsə , aylıq bir neçə yüz gəlməyə başlasa, o halda pulu çəkməyə başlayasız və vergi hesabı filan açasınız? Çünki 4-5 aydan bir gələn cüzi pul üçün hər ay sosial sığorta ödəmək, hər 3 aydan bir hesabat vermək, vergi faizi ödəmək uzun iş kimi görünür və sərfəli görünmür, başa düşürəm.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:48, 11/12/2015 ) #60094

    Elə ən yaxşısı siz dediyiniz kimidir, indidən hesab açıb, hər ay sosial siğorta ödəmək, vergi ödəmək mənə sərf eləmir, çünki hər ay mütamadi olaraq pul gəlməyəcək mənə adsensedən. Ona görə bankla danışıb ödənişi geri qaytarmalarını istədim, gələcəkdə mütamadi gəlir olanda bankın dediyi qaydada hesab açıb pulumu onda alacam. Ətraflı məlumat üçün təşəkkürlər.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:56, 09/12/2015 ) #60045

Hansi Bankdir ?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:18, 10/12/2015 ) #60056

    Bank Respublika

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (13:24, 10/12/2015 ) #60057

      Kecin basqa banka.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:50, 11/12/2015 ) #60095

    Məsələn hansı bank ? hansı bankda tələb olunmur hələki ?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (00:22, 12/12/2015 ) #60098

      Bank of Baku-da

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:03, 11/12/2015 ) #60085

Aslan bəy, zəhmət olmasa məsələnin necə yekunlaşdığını bizimlə paylaşarsız. Təşəkkürlər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:51, 11/12/2015 ) #60096

    Bank Respublika ilə danışıb ödənişi geri göndermələrini istədim.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (14:38, 01/04/2016 ) #62483

      Salam pulu dala qaytaranda yene adsensdeki hesabiniza yatdi ?

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Jackkahve cavab verdi - Turkiye kartina pul kocurmek (10 saat əvvəl)

Software Developer cavab verdi - Payoneer üçün sərfəli banklar hansıdır? (1 gün əvvəl)

AnarTv cavab verdi - Çindən Bakıya kargo firması (1 gün əvvəl)

Oruc Mahmudov cavab verdi - Aliexpressdən(xaricdən) telefon sifarişi vermək mümkünsüz olub?! (2 gün əvvəl)

Oruc Mahmudov cavab verdi - ali express den zakaz elemisem amma gecikir (2 gün əvvəl)

Software Developer cavab verdi - Gömrük rüsum (2 gün əvvəl)

Oruc Mahmudov cavab verdi - Aliexpress (3 gün əvvəl)

Software Developer cavab verdi - Gömrük rüsum (4 gün əvvəl)

Tamerlan Mammadov cavab verdi - pensiya kartımı vaxtı bitəndə başqa filialda dəyişdirə bilərəmmi? (4 gün əvvəl)

sli Kazimli cavab verdi - Qırmızı atestat almaq üçün nə etməli? (8 gün əvvəl)

Maqa cavab verdi - Hərbi xidmət və çapıqlar (8 gün əvvəl)

Login111111 cavab verdi - Telefon almaq (8 gün əvvəl)

Login111111 cavab verdi - Anikarta pul köçürmək. (8 gün əvvəl)

Login111111 cavab verdi - drop shipping nedir? (8 gün əvvəl)

Login111111 cavab verdi - ram ddr2 yoxsa ddr3 (8 gün əvvəl)

Software Developer - 611 xal

E. Hacı - 603 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 426 xal

Maqa - 343 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 22031 sualdan 93%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2020