Adsensedən ödəniş alanda vergi tutulur ?

Adsensedə Visa karta ödəniş almaq üçün vergi orqanında şəxsi sahibkar kimi hesab açmaq lazımdır ? Google Adsensedən karta ödəniş göndərilib amma Bank Respublika bunu səbəb göstərərək karta daxil etməyib və e-mail gönderiblər ki,vergi orqanında şəxsi sahibkar kimi hesab açın.

Verilmiş cavablar və yazılan şərhlər (12 cavab var)

NONANE (2016-04-01 14:38:33)
Salam pulu dala qaytaranda yene adsensdeki hesabiniza yatdi ?

NONANE (2015-12-12 00:22:31)
Bank of Baku-da

Aslan Bayramoff (2015-12-11 22:51:12)
Bank Respublika ilə danışıb ödənişi geri göndermələrini istədim.

Aslan Bayramoff (2015-12-11 22:50:04)
Məsələn hansı bank ? hansı bankda tələb olunmur hələki ?

Aslan Bayramoff (2015-12-11 22:48:56)
Elə ən yaxşısı siz dediyiniz kimidir, indidən hesab açıb, hər ay sosial siğorta ödəmək, vergi ödəmək mənə sərf eləmir, çünki hər ay mütamadi olaraq pul gəlməyəcək mənə adsensedən. Ona görə bankla danışıb ödənişi geri qaytarmalarını istədim, gələcəkdə mütamadi gəlir olanda bankın dediyi qaydada hesab açıb pulumu onda alacam. Ətraflı məlumat üçün təşəkkürlər.

H5M1 (2015-12-11 16:03:53)
Aslan bəy, zəhmət olmasa məsələnin necə yekunlaşdığını bizimlə paylaşarsız. Təşəkkürlər.

E. Hacı (2015-12-10 16:56:12)
Bəli hamısında elə olacaq, Bank Respublika havadan götürməyib ki bunu, ona da qanuna uyğun göstəriş verilib. Bəlkə də hələ ki yoxdur başqa banklarda, amma olacaq. Əgər daimi alacaqsınızsa, bu artıq sahibkarlıq fəaliyyətidir, indidən normal qaydasını öyrənin, vergini ödəyin, başınız ağrıya bilər sonra. Əgər vergi vermək istəmirsinizsə, sadə bir yolu var bunun, bu işlə məşğul olmayın, pul gəlməsin, nəticədə vergi də verməyin. Zatən məbləğ də çox kiçikdir deyirsiniz. Amma əgər fəaliyyət varsa, pul gəlirsə, vergi də olmalıdır. Bu yayınılası bir əngəl deyil, bu məcburi qanundur, dünyada hər ölkədə var. Məbləğ kiçikdi dediniz, bəlkə qoyasız qala adsense hesabda toplana, əgər çox məbləğə çevrilsə , aylıq bir neçə yüz gəlməyə başlasa, o halda pulu çəkməyə başlayasız və vergi hesabı filan açasınız? Çünki 4-5 aydan bir gələn cüzi pul üçün hər ay sosial sığorta ödəmək, hər 3 aydan bir hesabat vermək, vergi faizi ödəmək uzun iş kimi görünür və sərfəli görünmür, başa düşürəm.

NONANE (2015-12-10 13:24:46)
Kecin basqa banka.

Aslan Bayramoff (2015-12-10 13:18:25)
Bank Respublika

Aslan Bayramoff (2015-12-10 13:15:49)
Başqa banklarda da belə olacaq ? Mən hər ay ödəniş almıram, 4-5 aydan bir hələki alacam, həm də bu birinci ödənişimdir, başqa bank hesabı ilə ala bilərəm ?

NONANE (2015-12-09 19:56:54)
Hansi Bankdir ?

E. Hacı (2015-12-09 09:01:49)
Əvvəllər belə deyildi, fiziki şəxs şəxsi hesabına pulu qəbul edib sonra onun vergisini fərdi qaydada ödəyirdi ya ödəmirdi o sonranın işi idi. Son 1 ildə banklar bunu etməyə başlayıblar(düzdür heç də hamıya demirlər belə, rastgələ, sanki ancaq xəbər tutsalar deyirlər), amma düz də edirlər təbii ki. Vergi vermək lazımdır, verməmək isə məsuliyyətə cəlb olunma ehtimalı deməkdir. Ən təmizi elə odur, pul qazanırsızsa, sahibkar hesabı açmaq. Dünyanın hər yerində belədir. Özü də sahibkar hesabı açanda da heç bir vergi tutulmur, vergini sonra özünüz 3 aydan bir ödəyirsiz. Sadəcə bank bunu sizdən istəyir ki, qanuna riayət etmiş olsun.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Google Ads pul çıxarmaq

Eticarətdə vergi nə qədərdir?

Adsensedəki pulu ala bilmirəm.

Rüsum. (Shopping)

Youtube video

Adsense ödəmələri VÖEN,Bank barəsində