Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2015-12-10 17:32:38)
Tarix olmasına gərək yoxdur əgər Y-m-d formatıdırsa, mysql özü başa düşür onu. Yəni əvvəl il, sonra ay, sonra gün gəlirsə.(aradakı ayırıcının fərqi yoxdur). Amma birinci il gəlmirsə, o halda iş çoox qəlizləşir. Əgər mümkün olarsa nə qədər ki gec deyil o meta-ları y-m-d ardıcıllıqla saxlayın. İstənilən halda bu daha düzgün formatdır. Yox əgər gecdirsə o halda mürəkkən meta_query ilə bu işi görmək olar. Bu da praktik deyil. meta_query-də RELATION=>OR verib ayları ayrıca, günləri ayrıca, illəri də ayrıca COMPARE etməklə.

Emin Rəhmanov (2015-12-10 17:25:03)
Tesekkurler. Bunu aglima gelmisdi amma duzu inanmirdim ki bele isleyer by yeni value ni adi string kimi qebul elemir ki bele? yoxsa tarix oldugunu hardan bilir ki?

E. Hacı (2015-12-10 17:21:41)
Salam. Çox sadə meta_query ilə həll olar bu. Məsələn args-a belə bir şey əlavə etməklə [code] 'meta_query' => array( array( 'key' => 'tarix_sahesi', 'value' => '2015/01/01', 'compare' => '<=', ), ), [/code]