php mysql ilə istifadəçilərimə mesaj və ya bildiriş (update,insert)

Salamlar. Xahiş edirəm bu barədə bir köməklik əlini uzadın. Deməli saytımda hər kəsə toplu mesaj göndərmək üçün 2 yola əl atdım ikisində də hosting 504 Time Out Gatevay verir. və xəta 30 dəqiqə qalır. Hardasa saytımda 12.000 user var. Hosting yiyəsi şikayət edir. Necə qurtula bilərəm? 1. insert yolu ilə eyni mesajı hərkəsə yolladım yenə oldu. 2. bir mesajı hamı görsün deyə UPDATE yolu ilə bütün istifadəçilərdə oxundu = 0 etdim yenə oldu. Əgər olmursa mən əvvək çat işlədirdim orda olurdu axı.. mass message var idi. İnternetdə bu haqda mövzu yoxdu. Öncədən təşəkkür.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

SILENT_HILL (2015-12-14 01:55:18)
Hə elə etdim elə. Amma onda da ondan əvvəlki bildirişlərin hamısını oxumuş olur..

Software Developer (2015-12-14 01:44:32)
Yaxşı olar ki, hostinq yox, normal serverdən istifadə edəsiniz. shared hostinq bu məqsəd üçün deyil, sadə statik veb saytlar, yüngülvari vizitka və.s. saytlar üçündür. İstənilən ciddi işdə mütləq virtual və ya server almaq lazımdır. Bahadır deyən varsa, deməli o iş də ciddi deyil. Ciddi iş pul tələb edir, bu aksiomdur. Əvvəl işləyirdi, indi işləmirdi, bunlar olan şeylərdir, hostinqdir də, əvvəl dözümlü imiş, indi dözmür. (hostinq = bir real serverin 100-lərlə parçaya ayrılıb satılması. Yəni sizin resursdan başqaları da istifadə edir. O başqaları sabah saytlarında naqruzka çoxalanda sizin də sayt zəifləyir) Qaldı sizin tətbiq etditiniz texnikaya. Eyni mesajı 12min adam görürsə bunu bir dəfə insert etmək daha yaxşıdır, nəinki 12min dəfə. Bir dəfə insert edirsiniz, KİMƏ xanasında da tutaq ki, * qoyursunuz. Sonra saytın kodunda hər userin inboksunu generasiya edərkən * varsa onu da inboksa qoşmaq lazımdır. Hər userin oxuyub oxumaması parametrini isə ayrı table-da saxlamaq olar. Və ya ayrı table-da saxlamaq istəməsəz məhz user oxuyandan sonra hər user oxuduqca onun adına oxunmuç mesaj kimi insert getsin bazaya. Belədə nə şiş yanar nə kabab.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WordPress shortcodes fərqləri

Linuxda skript

PHP submit

PHP’ni qısa zamanda haradan öyrənə bilərəm..

Php curl sisteminin düzgün işləməsi

HTML-də səhifəyə keçmək