Fedora yoxsa Ubuntu əməliyyat sistemi?

Fedora yoxsa Ubuntu əməliyyat sistemi daha yaxsidir? Hansi əməliyyat sistemi daha sürətlə işləyir?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

ahmed (2015-12-16 12:41:29)
Mən uzun müddətdir Linux nüvəsi ilə məşğulam. Nə sualınız olsa verə bilərsiniz, nüvənin kompilyasiyası ilə bağlı v.s. Linux nüvəsi ilə bağlı Azərbaycan dilində aşağıdakı məqalələrə baxa bilərsiniz: Nüvənin kompilyasiyası Kəsilmə Funksiyaları Bir də onu deyim ki, əgər məqsədiniz kerneli örgənməkdisə onda seçim FEDORA olmalıdı. Ubuntu bu iş üçün deyil, o daha çox istifadəçilər üçün nəzərdə tutulub.

E. Hacı (2015-12-16 10:07:27)
Yox, mənim nəyimə lazımdır ki onu etmək, mən əməliyyat sistemi istehsal etmirəm ki, mən onu istifadə edirəm. Open Source olması isə mənə ona görə yarayır ki: 1. İstifadə etdiyim sistemə tam hakiməm, bilirəm nə nə işi görür, məndən gizli heç bir proses baş verə bilməz. Tam təhlükəsiz, təmiz sistemdir. 2. Kod açıq olduğuna görə istənilən dərinlikdə dəyişikliklər edin öz istəyimə uyğun dəyişə bilirəm sistemi, təbii ki, lazım olanda. 3. İstənilən lazım olmayan şeyi system komponenti olsa belə çıxdaş edə bilirəm, çünki superuser səlahiyyətim var və kod açıqdır. Bu saydığım 3 şeyin heç biri Windows və ya digər pullu qapalı sistemlərdə yoxdur. Yəni açıq kod istifadəçi üçün o demək deyil ki, götürüb hərə özünə bir əməliyyat sistemi düzəltsin, xeyr, bu kimə lazımdırsa o edir. Açıq kod istifadəçi üçün o deməkdir ki, o sisteminə tam sahibdir, sistem tam şəffafdır, təhlükəsizdir, istənilən səviyyədə dəyişdiriləbiləndir və.s.

FM-sift (2015-12-15 20:05:56)
Siz hec etmisinizmi

E. Hacı (2015-12-15 18:05:10)
archive.ubuntu.com və ya git ilə kernel.ubuntu.com/git Amma bunlar artıq advanced işlərdir, source code compile etmək, lazımi kernel dəyişmək/qoşmaq və.s. kimi bilgilər tələb edir. How to... ilə başlayan Google axtarışları etsəniz, source code-u yükləyərək onda lazımi dəyişiklikləri edib sonra necə installable fayl halına gətirmək olar o haqda çoxlu mənbələr var.

FM-sift (2015-12-15 17:22:22)
Bu cür sistemlərə Open Source yəni Açıq kodlu əməliyyat sistemləri deyilir. Bunların üzərində öz əməliyyat sistemini yarada bilərsən deyilir . Mən öyrənmək istərdim ki necə? Necə öz əməliyyat sistemini yaratmaq olar açıq kodlu sistemlərin üzərində

FM-sift (2015-12-15 17:19:07)
Mən Ubuntunu yoxladim və sözün əsl mənasında həzz aldım. Bunun üçün döğurdan da sizə təşəkkür edə bilərəm. Ubuntu doğurdan da sürətlə işləyir. Uzun müddət formatlamadan qaldı. Lakin mən başqa bir Linux distrosu olan Fedora ilə də tanış olmaq üçün onu yüklədim. İlk sezgilərimə görə Fedoranın driverləri Ubuntudakından azdır.Lakin Fedora da cox sürətlə işləyir.

E. Hacı (2015-12-15 16:33:19)
Hər ikisi Linux distributividir və çox sürətlidir. Hansının daha çox sürətli olması qrafik örtük proqramından asılıdır. Default örtüklərlə götürəndə yəqin ki, Fedora daha sürətlidir. çünki Ubuntunun öz örtüyü olan Unity çox qəşəngdir, animasiya və effektlərə malikdir deyə daha çox resurs yeyir. Təbii ki, onu rahatlıqla GNOME Classic, KDE və.s. sadə örtüklərlə əvəz edib maksimal sürətə nail olmaq olur. Desktop yox, serverdə işlədəndə isə qrafik örtük ümumiyyətlə lazım olmur deyə performansları demək olar eyni olur. Digər cəhətlərə gəldikdə isə: Ubuntu daha yayğın, daha praktikdir. Fedora da pisdir demək olmaz amma. Sadəcə Ubuntu community-si qat-qat böyükdür deyə istənilən problemi Google-da yazan kimi forumlardan rahat həllər çıxır. Hər ikisinin sahibi çox ciddi şirkətlərdir. Ubuntu Canonical'a, Fedora da RedHat'a məxsusdur. Əksər Linux distroların arxasında ciddi şirkət yox, sadə könüllü cəmiyyətlər dayanır, bu baxımdan RedHad və Ubuntu fərqlərnir, daha ciddi, maddi qaynağı yüksək olan şirkətlərə məxsusdur