Skrill – Hesabım donduruldu

Salam. Skrill hesabıma hər zamankından bir qədər xeyli məbləğdə pul qəbul elədim və aşağıdakı şəkildəki kimi məktub aldım. Dedikləri sənədləri göndərmişəm , ama hələ bir cavab yoxdur. Ancaq hal-hazırda hsabıma gələn məbləği də kartıma öçürdə bilmirəm. Bu haqqda bilgisi olan varsa, daha öncə belə hadisə ilə rastlaşan varsa zəhmət olmasa yazardı. Şəkil: Təşəkkür edirəm!

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2015-12-17 10:58:58)
Yazışmalar ilə durumu izah edib həll etmək olar, ki əvvəlki də doğru idi, sadəcə köçmüşəm filan. Ümid edirəm ehtiyac olmaz buna. Cavab yazacaqlar, oradan artıq bilinəcək məsələ nə yerdədir. Amma hər bir halda onların da haqqı var. Belə ciddi saytlarda bütün məlumatlar doğru daxil edilməlidir.

Avada (2015-12-16 23:09:42)
Bir daha salamlar. Cavabınız üçün minnətdaram. Ama mənim hesabımın başı biraz bəlalı kimi görünür.) Mən qeydiyyatdan keçdiyim zaman yaşadığım adresə o vaxt işlədiyim yerin ünvanını qeyd etmişdim. Tələb olunan sənədləri göndərdim və dərhal girib aşağıdakı alternativ adresə faktiki yaşadığım ünvanı yazdım. Hələki cavab gəlməyib. Bu adres məsələsinə görə narahatam ki, problem çıxardarlar. Ən çox da türk forumlarında belə bir şeylə rastlaşdım: http://forum.donanimhaber.com/m_89963334/tm.htm

E. Hacı (2015-12-16 09:55:58)
Hər sistemin öz qaydaları var, Skrill'də də açıq aydın qayda var. Müəyyən limiti keçəndə (cəm transferlər ya 3 min idi, ya 5min euroya çatanda, dəqiq yadımda deyil rəqəm) kimliyin daha dəqiq təsdiqini istəyirlər və bu təbiidir, Paypal'da da var belə. Eynən göndərirsiz orda deyilənləri və cavab gözləyirsiz. Gec-tez yazacaqlar cavab təbii ki, səbrli olmaq lazımdır. Sənəd + qəbz hər ikisinin surəti. Qəbzdə yaşadığınız yer, tarix, çeki verəb qurumun möhürü və ad soyadınız yazılmış olmalıdır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Skrill adress

Skrill nə qədər təhlükəsizdir?

skrill (moneybookers) haqqında

skrill ilə satış

Skrill Tv Su çerki istəyir amma anket göndərən yerində yoxdun

skrill withdraw