C/C++ öyrənməyə dəyərmi?

Salam 1 sualım olacaqdı C dilini örgənməyə dəyərmi yəni dünya çərçivəsində C dilini bilən proqramcılara gərək varmı

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

FM-sift (2015-12-20 17:32:58)
Əlbəttə. Bir çox əməliyyat sistemləri, istifadəçi proqramları bu proqramlaşdırma dilində yazılır.

Mövla (2015-12-18 12:13:04)
Çox sag olun cavabınıza görə mən C++ nan başlamışam həttda siz idiniz deyəsən C++ və assembly den dərslər vermişdiz ordada idirak etmişəm C++ dan sonra Javanı örgəndim sadəcə maraqlıdıki C və C++ ı təkminləşdirsəm AZərbaycanda olmasada xaricdə ehdiyac varmı C\C++ developerlere

ahmed (2015-12-18 09:26:20)
Dəyər yox, vacibdir. Hər bir proqramçı C++ dilində bir-iki proqram yazmalıdı, heç olmasa üzdən. Sonra hansı dili örgənirsiniz örgənin php, java, C# ... Mən əleyhinəyəm C++ dilini bilmədən digər dillərə keçməyin. Bu riyaziyyat təməli olmadan kibernetikanı örgənməyə bənzəyir. Əlbəttə olar, amma elə də ciddi nəticələr alınmaz. Misal üçün vaxtilə SSRİ dağılanda internet sahəsində Türkiyə Rusiyadan xeyli öndə idi. Amma Rusiyanın riyaziyyatda xeyli üstün olması qısa vaxt ərzində öz sözünü dedi və Rusiyanın dünya I.T. sektorunda önəmli mövqeyə yüksəlməsinə səbəb oldu. Misal üçün peşəkar axtarış alqoritmləri, Linux distroları, proqramlaşdırma dilləri v.s.. Həm də fikir versəniz rusların ən çox diqqət yetirdiyi və univeristedələrdə tədris olunan dil C++ dilidir. Amma iş tapmaq məsləsində bizim iş bazarında C++ -a elə də ehtiyac yoxdur, arada bir iş elanı saytlarnda rast gəlinir C++ dilini bilənlərə. Artıq C# ola-ola C++ -da Windows Desktop tətbiqləri heç kim yazmır. Bir balaca sürət fəqrini isə müasir avadanlıqlar kompensasiya edir. O ki qaldı bir neçə milyon sətir kodlu iri layihələrə, onlar da biz olmur elə şeylər. Ona görə mənim məsləhətim budur: C++ dilini örgənin, biraz əziyyət çəkin, göstəricilər, ağaclar. Ağaclarda axtarış aparan proqramlar yazdınızsa C++ -da kiayətdir. Artıq proqramlaşdırma təməliniz var,İstənilən dili asanlıqla örgənə bilərsiniz. Arada bir C++ -a qayıdıb biraz göstəriciləri təkrar eləmək şərtilə.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Proqramı işə salarkən təhlükəsiz və dəyişəbilən şifrə

C++ getwindowstext()

C diski

C++ getwindowtext() səhvi

C++ pəncərədə əməliyyat

Java proqramlaşdırma dili haqqında kitablar