Hostgatordan Site5-ə keçmək

Salam. 1. Mən 2 ilə yaxındır Hostgator hosting istifadə edirəm. Amma indi Site5-ə keçmək istəyirəm. Hosting dəyişmə prosesi necə baş verir? Hansısa xüsusi biliklər tələb olunur? 2. Site5 saytının özündə Migration Help bölməsi var hansı ki özləri pulsuz olaraq köçürmə edirlər. Bunun üçün məndən Hostgator login-parolumu tələb edirlər yoxsa necə? 3. Saytın cPanelinə saytınadı.com/cpanel ilə daxil oluram. Sitə5-ə keçəndən sonra yene bu cürə daxil olacam? 4. Bir də ki, cPanelin içində saytın domeninə uyğun email akauntlar yaratmışam. Hostu dəyişəndən sonra emaillər və içindəkilər silinəcək?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Software Developer (2015-12-24 09:05:42)
1. Bir az bilik tələb olunur sözsüz ki. Faylları köçürürsüz, database export-import edirsiz, domenin ns-lərini dəyişirsiniz. Sonra yeni database ayarlarını saytda fayllarda nəzərə alırsız. 2. Onu site5-dən soruşmağınız düzgün olar. 3. Bəli eyni ünvan işləyəcək orda da. 4. Bəli, hamısı silinəcək, emailləri yeni hostda hamısını yenidən yaradırsız.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Az domen ilə xarici hostinq

Web hosting müqayisəsi

Hansı hostingi seçməli

Təsdiqləmə tələb etməyən Hosting.

Hostgator, Baby

1 aylıq hosting almaq