Domen almaq

Salam.Bu sahədə anlayişim yoxdu sadəcə maraqli gəldi deyə yaziram amma gülməyin.Gəıəcəyə yatirim kimi domen almaq istəyirəm məsələn amozon.az-i Maraqlidir,belə gözəl sayt nə yaxşi boşdadir?

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

Ebayman (2015-12-30 11:18:24)
Son mesajin birinci hissesini yazmasaz daha yaxsi olardi) Her sey aydin cox saqolun ki vaxt ayirdiz.

Software Developer (2015-12-29 16:09:50)
Siz bütün tanıdığınız brendləri bir bir sayacaqsınız, mən də olar olmaz deyəcəm? :-) Axı yuxarıda izah elədim, ki əgər brend kiməsə aiddirsa, onu rahat ala bilərlər əlinizdən. Ən yaxşısı yeni brend uydurmaqdır.

Ebayman (2015-12-29 11:09:16)
Son olaraq bir sual da verim.Oticon.az domenini alsam gelecekde elimnen ala bilerler?

Ebayman (2015-12-29 11:01:00)
ALLAH komeyinIz olsun sualima tam cavab aldim.Demeli mumkun deyil.Hem de amazon imis)) Umid qalir az domenine.maraqli bir ad talasan belke gelecekde alalar.

Software Developer (2015-12-28 12:08:43)
Qaldı bu məsələdən biznes kimi istifadə etməyə, bu yüzmilyonlarla dövriyyəsi olan biznes növüdür, yəni ciddi şeydir, gülməli yox. Sadəcə istənilən biznes növü kimi bu da çətindir, asan deyil. Yüz minlərlə adam var dünya üzrə bu işlə məşğul, daim düşünür, uğurlu ola biləcək domenləri alırlar, saxlayırlar investisiya kimi. Ona görə də com, net və.s. ilə normal satılacaq domen tapmaq qeyri mümkündür az qala. az ilə olan domenlərdə isə bu qanunla qadağandır. yəni satan şirkət icazə vermir bu məqsədlə domen alıb saxlamağa. düzdür bu qaydaya əməl etməyənlər, alıb satanlar da var. mən bir neçə fakt eşitmişəm az domenini alıb özündə saxlayıb sonra 2-3-5 min azn-ə satanlar. bir nəfər də vardı, bakcell.az-ı almışdı, 25minə satmaq istəyirdi bakcell-ə. bakcell də verdi məhkəməyə bir qəpiksiz aldı onun əlindən. yəni bu məqsədlə alan adam gərək elə domen ala ki, o heç kimin əmtəə nişanı, brendi olmasın, yoxsa tutub alarlar əlindən.

Software Developer (2015-12-28 12:03:58)
Amozon ala bilərsiz təbii ki. Çünki o şirkətin adı Amozon yox, Amazon-dur. Yəni siz deyən domen heç də gözəl deyil. Amazon.a-a gəldikdə isə, Amazon şirkəti özü onu artıq alıb. Əgər başqa bir şirkət görsəz onun domeni boş olsa, siz alsaz, bəli istənilən vaxt gəlib əlinizdən 1 qəpik vermədən ala bilərlər.

Ebayman (2015-12-28 11:56:07)
Bu domeni neciye alacam men?texminen 40azn olmalidi ve birde illik odeme?

Ebayman (2015-12-28 11:55:08)
Qardaslar bildiyiniz kimi amozon.com sayti var,men amozon.azi alib saxlamaq isteyirem ki gelecekde amozon rehberliyi onu menden alalar.Sizce duzgun fikirdi?

coding (2015-12-26 22:31:37)
Salam. Al. Üzərində layihə qur, sonra tutuzdurub kankret qiymətə sata bilərsən sonradan. Və ya layihəni özünçün davam etdirə.

Şükür Hüseynov (2015-12-26 19:18:28)
Salam gülməli bir şey yoxdur :) bu işlə məşğul olanlar çoxdu yaxşı domendirsə alıb saxlayıb baha qiymətə satırlar amma mən belə işin əleyhinəyəm dediyiniz domen haqqında fikrim yoxdu amma yaxşı domen olsa hə almaq olar sonra müştəri çıxsa baha qiymətə sata bilərsiz

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Məsləhətli domen almaq

Domen almaqla bağlı sual