Skype-da ön kamera açılmır
Salam. Mən Huawei Ascend G6 telefonunu ishledirem. (Android versiya 4.3) Bir neçə gün bundan qabaq telefonda skype proqramı yeniləndi. Yenilənəndən sonra skype-la kimləsə danışanda telefonda ön kamera açılmır. Ancaq mən qarşı tərəfi görürəm. Ön kamera açılmadığına görə qarşı tərəf də məni görə bilmir. Normalda ön kamera (şəkil, video çəkmək) işləyir. Dəfələrlə silib yenidən yazmışam yenə də düzəlməyib. Onu da deyim ki, galaxy s3, xperia z1 telefonlarında yoxlamışam belə bir problem yoxdur. Sizcə bu problem nədən yarana bilər?
Öncədə təşəkkür edirəm