Apk-da şəkilçiləri ahəng qanununa uyğun etmək.

Android üçün olan proqramı Azərbaycan dilinə tərcümə edəndə şəkilçilərin düzgün yazılışını necə etmək olar. Məsələn, -a, -ə, -ya, -yə; -nın, -nin kimi şəkilçilər lazım olduğu kimi yazılsın. Bu mümkündür?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Əli (2016-01-07 15:19:22)
ups..fikrimi deyəsən,yaxşı ifadə eləmədim :) əslində:mənə elə gəlir,yazılışa görə olmalıdır..Deyilişə görə olmalı olduğundan əminsiz?

Əli (2016-01-07 14:47:28)
xeyr,düşünürəm,yazılışa görə olmalıdır çox şey..Skype'nin

Software Developer (2016-01-07 08:59:22)
Onu ancaq köməkçi sözlərlə və ya hərfi tərcümə strukturundan qaçmaqla kökündən həll etmək olar. from Əmrah - Əmrah adlı istifadəçiDƏN - belə olanda həmişə DƏN olur, ad nə olur olsun. Və ya qısa yolla - from Əmrah => "Göndərən: Əmrah" əvəzetməsi ilə şəkilçidən qaçmaq da effektivdir. Mən bir dəfə bir xarici proqramı lokalizasiya edərkən bu iki metoddan istifadə etmişdim, nəticə də yaxşı alınmışdı.

Әmrah (2016-01-07 00:16:05)
Mən də bunu soruşuram elə. Yazı yazanda Skype-ın, Apple-ın, iPhone-un yazmaq olur təbii ki. Bunu android proqramlaşmada etmək olurmu? Məsələn, Whatsapda mesaj yazanda Əmrah-dən ismarıc yazılır. Burdakı -dən şəkilçisi -dan olsun.

Software Developer (2016-01-06 20:53:50)
Ahəng qanununa gəldikdə isə səslənişə uyğun olmalıdır fikrimcə. Skype'nin yox, Skype'ın (skaypın oxunur deyə)

Software Developer (2016-01-06 18:43:56)
Söhbət hansı sözlərdən gedir? Əgər terminlərdən, ingiliscə yazılan xüsusi isimlərdən gedirsə, ən yaxşı praktika Türkiyə türkcəsində olan variantdır. KÖK'şəkilçi. Məsələn Apple'ın, Apple'a, Apple'da. Bizim dil qurumunun təklifi budur ki, sözün Azərbaycanca tələffüzü yazılmalıdır və şəkilçi də adi qaydada bitişik olmalıdır. Məsələn: Əplın, Əpla, Əplda. - bu isə sırf dil baxımından düzgün olsa da, etiraf edək ki, praktik baxımdan absurddur və münasib deyil. Alternativ kimi belə də olar: Apple-ın. və ya "Apple"-ın. Və ya nə şiş yansın nə kabab variantı: Apple şirkətinin. Whatsapp proqramının və.s. Yəni sözün kökünün yanında onun kateqoriyasını yazıb şəkilçini ona qoşuruq gedir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Hansı marketlərə android proqramı yükləyib, yaya bilərəm?

Danışan şəkil

Android program yazmaq

Phone to memory

Google Play Market

Android studiada apk etmək istəyrəm jks olur