Wifi parolunun etibarlılığı

Salam. Mənim Wifi-ma kənar şəxslər girirlər.Necə dəfə parolu dəyişsəmdə bir xeyri yoxdu. Yenə kimlərsə parolu bəzi proqramlarla qıraraq mənim wifi-ma girirlər. Bu proqramlardan biridə dəqiq bilmirəm deyesən Dumper proqramıdı. Proqrama girirsən ölkə üzrə bütün Wifi-ları göstərir. İstədiyin bir wifi-ya girirsən o dəqiqə parolu göstərir. Başqa proqramlarda var. Bildiyim bu idi. İndi mən necə edə bilərəm ki, mənim wifi-ma heç kim girməsin. 192.168.1.1 ünvanına girərək, orda bir dəyişiklik etsəm bu problemi düzəldə bilərəm yoxsa əlavə başqa bir şey etməliyəm. Xaiş edirəm kömək edərdiniz.

Verilmiş cavablar və yazılan şərhlər (12 cavab var)

IT spec. (2016-02-17 14:37:23)
salam. WIFI parolunu necə yazırsiniz yazın, sındırılma riski yüksəkdi. Yəni, böyük hərf balaca hərf fərqi yoxdu. SINDIRILACAQ. Yuxarıda göstərilən üsulların bəziləri ilə razıyam. Belə ki: 1. Modem konfiqurasiyasinda MAC filter activ edin, əgər sizə lazım olan istifadəçilər modemə WIFI la qoşulursa, onda onların hər birinin avadanlıqlarından MAC adresi alıb yazın modemdə MAC ların siyahisina. Dumpper sındıracaq amma interntdən istəfadə edə bilməyəcək. Modemin konfiqurasiyasına giriş parolunu da dəyişsəniz məsləhətdir, admin olmasın. 2. Modeminizin konfiqurasiyası imkan verirsə WPS söndürün. Dumpper modemləri bu kodlar vasitəsilə sındırır. Parolu çətin yazmaq filan real deyil.

lemark (2016-01-08 00:32:45)
Men de onu deyirem

Shems (2016-01-07 23:32:20)
Cavablara göre çoox sağolun. Teşekkur edirem.

Software Developer (2016-01-07 18:21:23)
WPA2-ni qırmaq mümkün deyil, WPS enabled olanda isə bəli, çox asanlıqla qırmaq olur, connection özü WPA2 olsa belə

lemark (2016-01-07 18:09:18)
https://www.youtube.com/watch?v=1vJoikn75Sk Daha dogrusu orda enabled/disabled yox, yes/no sohbeti var

Umid_Ceferov (2016-01-07 18:01:12)
Maraglidi,O hansi programdiki wpa2-ni qirir? :)

lemark (2016-01-07 17:46:34)
192.168.1.1 daxil olub WPS enabled deyis, onu disabled et. Bunu etmesen istiyirsen parolu 200 herfden ibaret et, yene proqram onu qiracaq

qaqa123 (2016-01-07 16:18:18)
salam əgər siz istəmirsinizsə bütün vindovslarda olan proqram cmd dan istifadə edin yaxşı proqramdır

Umid_Ceferov (2016-01-07 15:15:14)
Umumiyyetle parol herfler(boyuk,kicik) ve reqemlerden ibaret sistem olmalidir. Parol hack proqramlari wep i qira bilirler.Wpa,wpa2 ve guclu parol ile siz tehlukesizlikdesiz.

Maqa (2016-01-07 14:50:25)
başlıca səbəblərdən biri güclü şifrə seçin Məsələn mənim modem şifrəm 50 rəqəm simvol və hərflərdən təşkil olunub özüm də yoxladım həmin sistemlə şifrəmi qıra bilmədim ayarlar qismindən güvənli bağlantı kimi wpa2 ni seçin daha sonra şifrələmə seçimində AES yəni standart lisansı seçin və ən əsası yuxarıda qey olunduğu kimi modeminizdə MAC bloklama etməlisiniz yəni istədiyiniz telefon tablet və s mac adrsini yazırsız və yalnız onlar sizin modemə daxil ola bilir

Umid_Ceferov (2016-01-07 13:43:29)
Size bir meslehet: Wifi tehlukesizliyini daha asan temin etmek isteyirsizse Umumiyyetle wpa,wpa2-den istifade edin.

Şükür Hüseynov (2016-01-07 13:07:29)
Salam dediyiniz yerdən mac adreslərə blok qoya biərsiniz beləliklə lap sındırsalar da daxil ola bilməyəcəklər

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Wifi, parol, format

Paypalda parolun bərpası

İnternet qırılmaları

gizli albom

WİFİ service menyuda yoxdur

WiFi parolunu dəyişmək