Micro Card oxunmur

Salam. Mənim bir dənə 32 GB Micro SD kartım var. Bu kartı mən həmişə işlətmişəm heç bir problem yaranmamışdı. Bir gün bu kartı kompüterə taxmışdım ki, kompüterdə mənə aid olan məlumatları karta atım. Bir çoxlarınız bilir. Bilməmiş olmazsınız. Micro kart qabları olurki o qablara micro sd kartı taxıb işlədirsən. Mən kartımı taxanda My Computer- də mənim kartım çıxmadı amma kompüterdən "danq" səsi çıxdıki yəni kompüterə kart daxil olub. Başqa kart taxdım kompüterdən səs çıxdı və My Computer kartımı göstərdi. Bununla bildimki kart qabımda bir problem yoxdu. Problem kartdadır. 32 GB Kartıma 3 GB boş yer var idi. Kart heç bir zədə almamışdı. Heç kart əlimnən yerə düşməyib. Bu kartı Android telefonlara taxdım telefonda da açmadı. Adi telefonlara da taxdım yenə açmadı. Yəni 32 GB dəstəkləyən adi Nokia telefonlara taxdım açmadı. Artıq dərəcədə xayiş edirəm mənə kömək edin. Karta mənə çox vacib məlumatlar var. Mənə micro kart lazım deyil. Yəni tullayada bilərəm. əsas mənə içində olanlardır. Onları necə geri qaytara bilərəm ? Sağolun

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Elvinn (2016-01-18 16:51:05)
Bunun bir yolu olmalidi axi

Umid_Ceferov (2016-01-15 14:19:31)
Butun bu ve diger emeliyyatlara cavab vermirse deyismek lazimdir sadece.

Elvinn (2016-01-15 13:20:57)
İçindəki məlumatları qaytarmaq heç cür mümkün deyil indi ?

Umid_Ceferov (2016-01-15 09:54:10)
Son olaraq Linux-da yoxlayin.Eger acilmasa basqa yolu yoxdur artiq

Elvinn (2016-01-14 22:51:05)
Kartı yandırmamışam axı. Kart necə yana bilər ? Sualda da yazmışam ki, kart heç əlimnən yerə düşməyib. Normal olaraq kompüterə taxırdımki bir fayl var onu atım kartıma

Umid_Ceferov (2016-01-14 16:38:51)
Yuxarida gosterdiyim yolu yoxlamisizsa ve hemde butun cihazlarda kart yoxmus kimi gorunurse-kartiniz yanib

Elvinn (2016-01-14 13:01:35)
Taxmışam amma açılmır. Bütün telefonlara taxıram. Heçnə göstərmir. Guya ki kart taxmamışam.

Umid_Ceferov (2016-01-14 12:32:24)
Size en sade bir yol deyim: Karti tam emin olmaqcun yeni (2010 dan buyana)Nokia s40 telefonuna taxin o karti (yanmissa veya islekse)deqiq gosterecek. (Beleki kart yanmis oldugunda qara herflerle gosterilir)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Bu virusdur yoxsa nədir ?

Mikro Kart Açılmır

Mənim Micro Kartım format olunmasını istəyir

Micro card haqda məsləhətlər

Micro Card yaddaşını artıran proqram

128 GB Micro Card