Repository nədir?

Linux da Çox işlənən repository nin nə olduğu haqda məlumat almaq istərdim.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

ahmed (2016-01-15 10:13:23)
Qısa olaraq bu cür izah eləmək olar. Windowsda hər-hansı proqramı quraşdırma üçün setup.exe -ni işə salırlar. Bu setuplar hər istehsalçının öz hostunda olur. Linuxda isə 90% proqram təminatı açıq kodlu olduğundan hər bir distributiv(Linuxun modifikasiyası) üçün bu proqram təminatları ayrıca tüninq olunur, kompilyasiya olunur (setupları hazırlanır) və bir ünvanda (hostda) saxlanılır. Bu host , yəni konkret distributiv üçün proqram təminatlarının saxlanıldığı yer adlanır repositor. Bundan əlavə hər bir distributiv proqram quraşdırma interfeysi ilə təmin olunur. (Ubuntu - apt-get, ArchLinux - packman, Fedora - yum ...) Həmin interfeyslər istifadəçinin tələb etdiyi proqramı quraşdırmaq üçün öz repositorlarına qoşulur, setapı kompüterə köçürür və quraşdırır.